Icma.az
close
up
RU
Gərginlik davam edir: Pakistan buna görə Vaşinqtonu günahlandırdı

Gərginlik davam edir: Pakistan buna görə Vaşinqtonu günahlandırdı

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davamına işarədir. İranın ABŞ-la əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İslamabadda iki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi:

"Ancaq İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli deyildi. Bunun səbəbi ABŞ-ın “Hörmüz boğazının” mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi budur ki, ABŞ mühasirəni sona çatdırdıqdan sonra İran tankerlərin “Hörmüz boğazının” istifadəsinə açacaq. Vaşinqton addım atmadığına görə, Tehran İslamabad görüşündən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, “Hörmüz boğazı” ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür. Tehran buna razı deyil.

Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonun məsuliyyət daşıdığı qənaətindədirlər. Çünki İslamabadda hesab edirlər ki, danışıqların baş tutmaması ABŞ-ın “Hörmüz blokadası”nın davam etdirilməsiylə bağlıdır. Bu məsələ ilə bağlı Donald Trampın mövqeyində hələ ki, dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə, atəşkəsi uzatdığını bildirib".

O vurğulayıb ki, Pakistan rəsmiləri İranın İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıb:

"Pakistanın informasiya naziri bildirib ki, ölkə vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır. Nazirin sözlərinə görə, İranın qısa müddətdə qərar verməsi olduqca vacibdir. O əlavə edib ki, Tehran rəsmilərini danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.

Beləliklə, Pakistan hökuməti səylərini artırıb. Məqsəd İslamabad görüşündən müsbət nəticənin əldə olunmasıdır. Çünki, görüş və müzakirələr olmasa, bu, bölgədə gərginliyi və yeni müharibə riskini artıracaq. Körfəz ölkələri təşviş içindədirlər. Çünki, yenidən müharibə başlayarsa, İranın raket və dronları yenidən Körfəz ölkələrini hədəf alacaq. Buna İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin açıqlaması da sübut edir. O İranın cənub qonşularını bu sözlərlə hədələyib: “Əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər”.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Aprel 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri