Icma.az
close
up
RU
Geriyə yerimək, qırmızı geyinmək olmaz Eşitmədiyiniz BATİL İNANCLAR

Geriyə yerimək, qırmızı geyinmək olmaz Eşitmədiyiniz BATİL İNANCLAR

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əldən-ələ qayçı və ya bıçaq verməmək, gözəl bir şeydən danışarkən taxtaya vurmaq və ya dilini dişləmək, körpə görəndə gözəlliyinə nəzər dəyməsin deyə ona “çirkin” demək…Əgər sizin də belə bağlı olduğunuz batil inanclar varsa, özünüzü əsla tək hiss etməyin. Çünki süni intellekt dövründə belə, dünyanın dörd bir yanında hələ də öz aktuallığını qoruyan batil inanclar mövcuddur!

Lent.az xəbər verir ki, insanlıq tarixinin çox qədim zamanlarında, elm və texnologiya bu qədər inkişaf etmədiyi vaxtlarda insanlar həyatı təbiətə baxaraq anlamağa çalışırdılar. Gündəlik həyatda qarşılarına çıxan bəzi halları təbiətdəki müəyyən qüvvələrlə əlaqələndirir və bu yolla baş verən hadisələri izah etməyə cəhd göstərirdilər.

Bu cəhdlər bəzən həyatı asanlaşdırsa da, bəzən zaman keçdikcə heç bir real əsası olmayan batil inancların yaranmasına səbəb oldu. Üstəlik, bu inanclar yalnız bizim mədəniyyətimizə məxsus deyil... Dünyanın bir çox yerlərində insanlar hələ də bəzi batil inanclara sıx-sıxı bağlanırlar. 

Onlardan bəziləri isə belədir:

Hindistanda gecə dırnaq kəsmək uğursuzluq sayılır. İnanclara görə, gecə dırnaq kəsildikdə həm pis ruhlar çağırılır, həm də ailə daxilində mübahisələr baş verə bilər.

Rusiyada qapı astanasında əl sıxmağın uğursuzluq gətirəcəyinə inam var. Çünki qapı astanası yaşamla ölüm arasındakı sərhəd kimi qəbul edilir.

Güzgünün sınması bir çox mədəniyyətlərdə də uğursuzluqla əlaqələndirilir. Məsələn, İtaliya və ABŞ-da güzgünün sınmasını görmək, insanın qarşıdakı 7 il ərzində uğursuzluq yaşayacağına işarə sayılır. Bu cəmiyyətlər güzgünün ruhun əksini daşıdığına inanırlar. Ona görə də güzgünün sınması pis şansla bağlanır.

Bir evin damında bayquş ötəndə, bizim mədəniyyətimizdə də bu, yaxşı əlamət kimi qarşılanmır. İngiltərə və ABŞ-da isə bu inanc birbaşa quşlarla əlaqələndirilir. Əgər İngiltərə və ABŞ-da bir quş evin damına qonarsa, bu, ölümün işarəsi kimi qəbul edilir. Burada xüsusilə ön plana çıxan quşlar qarğalar və bayquşlardır.

Çində 4 rəqəmi ölüm ilə əlaqələndirilir və buna görə də uğursuz sayılır. Bu inanc o qədər geniş yayılıb ki, ölkədə bir çox binalarda 4-cü mərtəbə heç vaxt nömrələnmir.

Rusiyada boş şüşələri yerə qoymaq və ya masadan almaq olmaz, çünki bunun oradakı insanlara kasadlıq gətirəcəyinə dair inanc var. Evdəki bərəkətin itməməsi üçün bu inanca sadiq qalırlar.

Almaniyadakı ən qəribə batil inanclardan biri isə su ilə badə qaldırmamaqdır. Əgər dostlarınızın ölməsini istəmirsinizsə, əsla su ilə qədəh qaldırmamalısınız. Çünki inanca görə, su ilə qədəh yalnız ölülər üçün qaldırılır.

İspaniyada insanların heç nə etmək istəmədiyi gün çərşənbə axşamıdır, çünki yerli ənənəyə görə bu gün uğursuzdur. İspanlar həftənin ikinci günləri mühüm işlər görməzlər, hətta evlənmək üçün belə başqa bir günü seçərlər.

Fransada məşhur baqet çörəyini masanın üzərinə tərs qoysanız, fransızların reaksiyası ilə qarşılaşa bilərsiniz. Çünki inanca görə, çörəyi tərs qoymaq uğursuzluq gətirir. Bu batil inancın tarixi də var: çox qədim zamanlarda cəlladlara ayrılan çörəklər masanın üzərinə məhz tərs qoyularmış...

Filippinlərdəki batil inanclar olduqca maraqlıdır. Məsələn, əgər hava fırtınalıdırsa, küçədə qırmızı geyimli heç kəsi görə bilməzsiniz. Çünki inanclara görə, qırmızı rəng ildırımı özünə çəkir.

Cənub ölkələrindən başqa bir maraqlı batil inanc isə İtaliya və Portuqaliyadadır. Bu ölkələrdə arxa-arxaya yerimək uğursuzluq sayılır. İnanclara görə, geri addımlamaq ruhları narahat edir və insanın həyatında bəzi şeylərin də geriyə doğru getməsinə səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri