Icma.az
close
up
RU
Getməkdə olan prezident... Lukaşenko hansı mesajı vermək istəyir?

Getməkdə olan prezident... Lukaşenko hansı mesajı vermək istəyir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Belarus prezidenti Aleksandr Lukaşenkonun bu açıqlaması həm daxili, həm siyasi-iqtisadi, psixoloji, həm də geosiyasi motivləri olan bir açıqlamadır".

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuata müsahibəsində özünü problemlərini gələcək nəsillərə ötürmək istəməyən "getməkdə olan" prezident kimi təsvir etməsini şərh edərkən deyib.

"Getməyə hazırlaşan Belarus prezidenti ölkəsi üçün pis münasibət qoymaq istəmir. Buna görə də Amerika ilə münasibətləri normallaşdırır. Lukaşenkonun bu sayaq mesajı həmçinin ABŞ-ın Rusiya ətrafı ölkələri öz yanına çəkmək üçün daha yumşaq yanaşma göstərməsilə də əlaqəli ola bilər. Yəni bu açıqlamada həm siyasi, həm Belarusun içində olduğu daxili problemlər, həm də birmənalı şəkildə Rusiyaya məhkum olunmaq kimi məsələlər var. Ukrayna məsələsindən sonra Belarus da ciddi narahatlıq keçirir ki, Moskva həmin addımı asanlıqla Minsk üçün də tətbiq edə bilər", deyə Aleksandr Lukaşenko bildirib.


Ekspert qeyd edib ki, Lukaşenko bununla habelə özündən sonra yerinə keçəcək status üçün də müəyyən bir proses hazırlayır:

"Təxminən 30 ilə yaxındır ki, Lukaşenko Qərb tərəfindən böyük ölçüdə rədd edilən, neqativ qarşılanan, sanksiyalara məruz qalan lider mövqeyindədir".

Həmsöhbətimiz bildirib ki, burada ən önəmli məqamlardan biri Lukaşenkonun belə mövqe sərgiləməsinə Rusiyanın necə yanaşacağı məsələsidir: 

"Moskva Lukaşenkonun bu hərəkətləri qarşılığında ona münasibətdə müəyyən təzyiqləri önə gətirə bilər. Çünki Rusiya postsovet ölkələrinə münasibətlərə maksimum həssas yanaşır. Belarusun ona nə qədər müqavimət göstərəcəyi də şübhəlidir. Çünki Belarusun iqtisadiyyatı böyük ölçüdə Rusiyaya bağlıdır. Başqa bir tərəfdən görürük ki, son dövrlər Lukaşenko ABŞ-ın Tramp adminstrasiyası ilə Rusiya arasında yumşalma prosesindən fürsət kimi istifadə etməyə çalışır. Bu yolla da özünə münasibətdə Qərbin, xüsusən də Amerikanın mövqeyini yumşaltmağı düşünür".

Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko xarici mətbu orqana verdiyi müsahibəsində özünü problemlərini gələcək nəsillərə ötürmək istəməyən "getməkdə olan" prezident kimi təsvir edib. 

"Mən gedən prezidentəm, bunu tez-tez deyirəm və prezident olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm", deyə Lukaşenko bildirib. 

O, Minsk və Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istəyini vurğulayıb. Xatırladaq ki, 1994-cü ildən hakimiyyətdə olan Aleksandr Lukaşenko bu ilin avqustunda daha bir prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmadığını açıqlayıb. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri