Geyimi şayiələrə səbəb oldu Hamı təbrik edir...
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ulduz futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigezin hamilə olması ilə bağlı iddialar sosial şəbəkələrdə gündəm olub.
“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, iddialara Rodrigezin Kann kinofestivalı çərçivəsində “Fyord” filminin premyerasına geyindiyi libas səbəb olub.
Belə ki, o, ictimaiyyət qarşısına zərif bənövşəyi rəngli, dekoltəli maksi geyimdə və uyğun çalarlı dikdaban ayaqqabıda çıxıb.
Sosial şəbəkə istifadəçiləri diqqəti məşhurun bədən quruluşuna yönəldərək, onun hamilə olduğunu ehtimal ediblər.
Tədbirdə çəkilmiş fotolara “Mənə elə gəlir ki, tezliklə daha bir uşağınız olacaq”, “Hamilədir?!”, “Hamiləliyiniz münasibətilə sizi təbrik edirik!” kimi şərhlər gəlib.
Xatırladaq ki, bir müddət öncə futbolçu sevgilisinə evlilik təklifi etmişdi. Onların toyunun gələn ay baş tutacaq futbol üzrə dünya çempionatından sonra keçiriləcəyi bildirilir.
Qeyd edək ki, cütlük 2016-cı ildən birlikdədir. Ronaldonun beş övladı var ki, onlardan ikisinin bioloji anası Rodrigezdir.





Baxış sayı:87
Bu xəbər 19 May 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















