Icma.az
close
up
RU
Gəzmədiyi nazirlik qalmayıb KONKRET

Gəzmədiyi nazirlik qalmayıb KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ramiz Mehdiyevin oğlu hərbi xidmətdən yayınıb? 

Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamların irəli sürülməsi, diqqəti onunla yanaşı ailə üzvlərinin də keçmiş və indiki fəaliyyətinə yönəldib.

R.Mehdiyev vəzifədə olduğu dövrdə geniş səlahiyyətlərindən və təsir imkanlarından istifadə edərək övladlarını, yaxın qohumlarını yüksək dövlət postlarına təyin etdirə bilib.

KONKRET.az xəbər verir ki, onun oğlu Teymur Mehdiyevin tərcümeyi-halına diqqət yetirəndə bunu aydın şəkildə görmək olar.

Amma bu məsələdə bir müəmma da var, bu barədə bir qədər sonra.

Teymur Ramiz oğlu Mehdiyev 1975-ci il iyunun 25-də Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya Muxtar Sovet Sosialist Respublikasının Suxumi şəhərində anadan olub.

Uğursuz xəfiyyə

1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti bitirib.

1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyində (2015-ci ildə ləğv olunub) işə başlayır. Lakin gənc Teymurun ölkənin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanındakı işi uzun sürmür. O, 1999-cu ildə xəfiyyə karyerasına son qoyur.

Üç il DİN-də

Teymur Mehdiyev elə həmin il dövlətin daha bir mühüm strukturunda, bu dəfə hüquq-mühafizə orqanında özünü sınamaq qərarına gəlir, yaxud atası Ramiz Mehdiyev oğlunu Daxili İşlər Nazirliyinə (DİN) sırıyır. Beləliklə, 24 yaşlı T.Mehdiyev 1999-cu ildə DİN-də işə başlayır. Onun bu nazirlikdə hansı vəzifədə işlədiyi məlum olmasa da, hüquq-mühafizə orqanındakı fəaliyyəti də uzun çəkmir,  2001-ci ildə DİN-dən ayrılır.

Teymurun U dönüşü

Bəs sonra nə olur? R.Mehdiyevin oğlunun karyerasında U dönüşü baş verir. O, bu dəfə diplomatiya sahəsinə üz tutur. T.Mehdiyev polis mundirini mıxdan asıb, brend markadan olan kostyumunu geyinib, qalstukunu taxıb Xarici İşlər Nazirliyində kresloda əyləşir. Onun buradakı vəzifəsinin nədən ibarət olduğu bilinməsə də, diplomat karyerası çox çəkmir. Gənc Teymur 6 ildə üçüncü iş yerini də tərk edir. O, 2004-cü ildə XİN-dəki işindən çıxır.

Ramiz Mehdiyev oğlunu haralara göndərir?

T.Mehdiyev diplomat ola bilməsə də, 29 yaşında karyerasında yüksəliş başlayır. O, həmin il gənclər, idman və turizm nazirinin müavini təyin olunur. 2006-cı ildə bu nazirlik ləğv olunur, yerində  Mədəniyyət ve Turizm Nazirliyi yaradılır. Ramiz Mehdiyevin oğlu da vəzifəsini qoruyur. O, 2011-ci ilə qədər mədəniyyət və turizm nazirinin müavini postunu tutur.

Teymur Mehdiyev həmin il Dövlət Miqrasiya Xidmətinə transfer  olunur. O, xidmət rəisinin birinci müavini vəzifəsinə gətirilir. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir. Lakin 36 yaşında artıq general olan T.Mehdiyev burada da çox qalmır. Cəmi 3 il sonra Dövlət Miqrasiya Xidmətindəki vəzifəsindən ayrılır.

O, 2014-cü il may ayının 5-də fövqəladə hallar nazirinin müavini təyin edilir. Elə həmin il general-mayor ali hərbi rütbəsi alır. 2018-c ildə isə “Vətənə xidmətə görə” ordeni alır.

T.Mehdiyev artıq 11 ildir bu vəzifədə işləyir. Göründüyü kimi o, yalnız atası hakimiyyətdə təsir imkanlarını itirəndən sonra bir vəzifədə bərqərar ola bilib.

Teymur Mehdiyev hərbi xidmətdən yayınıb?

İndi isə gələk müəmmaya: tərcümeyi-halından aydın olur ki, Ramiz Mehdiyevin oğlu universiteti bitirən kimi işləməyə başlayıb. O, 1997-ci ildə BDU-da təhsilini başa vurub, elə diplomunu alan kimi də o zamanki MTN-də işə başlayıb. Bəs Teymur Mehdiyev nə zaman həqiqi hərbi xidmətdə olub? Ümumiyyətlə olubmu? Əgər olmayıbsa, xüsusi xidmət və hüquq-mühafizə orqanında necə işə qəbul edilib? General-mayor ali xüsusi rütbəsini necə alıb?

Onun MTN-dəki işi nə olub? Əgər bu hərbi xidmətdirsə, niyə tərcümeyi-halında iş kimi yazılıb? Yoxsa Teymur Mehdiyev həqiqi hərbi xidmətə yararsız olub? (hər bir insanın səhhətində problem ola bilər. Belə olan halda Azərbaycan qanunvericiliyi həmin şəxsləri hərbi xidmətə yararsız sayır) Amma əsgəri xidmətdə olmayıb, hərbi bilet almayanları hüquq-mühafizə, xüsusi xidmət, hərbi qurumlarda işə götürmürlər. Bunun üçün ilk növbədə hərbi xidmət keçməlisən, yararlı hərbi bilet almalısan. Ramiz Mehdiyevin oğlu bunu etməyib, əsgərlikdə olmayıb. Hər halda açıq mənbələrdəki informasiyalar belə deyir.

PA rəhbəri oğlunu prezident etmək istəyirdi?

T.Mehdiyevin 14 il ərzində 6 qurum dəyişməsinə gəlincə, hələ həmin dövrlərdə ekspertlər bunu bir amillə izah edirdilər. Onlar Ramiz Mehdiyevin oğlunun işlədiyi qurumlara diqqəti yönəldirdilər. Bura dövlətin milli təhlükəsizliyi, daxili sabitliyi və xarici siyasəti ilə məşğul olan 3 mühüm struktur daxildir – DİN, XİN və keçmiş MTN. Ölkənin idarəçiliyində bu qurumlar mühüm rol oynayırlar və hamısının rəhbərləri Təhlükəsizlik Şurasının üzvləridir.

Ona görə də ekspertlər hesab edirdilər ki, R.Mehdiyev oğlunu yüksək vəzifəyə, bəlkə də birbaşa hakimiyyətə hazırlayır. Ona görə də mühüm dövlət qurumlarında təcrübə toplaması, idarəçiliyi mənimsəməsi, milli təhlükəsizlik, diplomatiya və daxili sabitlik siyasəti qaydalarını öyrənməsi üçün oğlunun yerini tez-tez dəyişib.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri