Gilani: Pakistan sülh üçün fəal səy göstərir
Icma.az, Apa.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Gilani: Pakistan sülh üçün fəal səy göstərir.
Pakistan regional sülh və davamlı iqtisadi əlaqələrin inkişafı üçün fəal səy göstərir.
APA xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Pakistan Senatın sədri Syed Yusuf Raza Gilani deyib.
Pakistan Senatın sədri bildirib ki, parlamentlərarası əməkdaşlıq terrorçuluğa qarşı mübarizə sahəsində təcrübələrin bölüşülməsi, iqlim dəyişiklikləri ilə mübarizə və digər sahələrdə mühüm rol oynayır: “Asiya Parlament Assambleyası ölkələr arasında platformanın formalaşdırılması üçün şərait yaradır. Asiya Parlament Assambleyası çərçivəsində yeni strukturlar yaradılmalıdır ki, qanunvericilik sahəsində əməkdaşlığı təmin edəcək, dövlətləri yaxınlaşdıracaq. Daha güclü Asiya üçün çoxtərəfli inkişaf vacibdir”.
Syed Yusuf Raza Gilani qeyd edib ki, Omanın Asiya Parlament Assambleyasına tamhüquqlu üzvlüyünü və Belarusun müşahidəçi statusunu dəstəkləyirlər: “Bəhreyn və İranı da təbrik etmək istəyirəm. Onlar gələcək illərdə Asiya Parlament Assambleyasına sədrlik etmək istəyirlər. Biz bir daha sədrliklə bağlı ardıcıllığı müəyyənləşdirməliyik”.
