Gilasın bilmədiyiniz zərəri
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Yay mövsümünün ən çox sevilən meyvələrindən olan gilasın sağlamlığa faydaları ilə yanaşı, bəzi zərərləri də üzə çıxıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, qastroenteroloqlar xəbərdarlıq edir ki, gilasın dadına aldanıb onu normadan artıq qəbul etmək qaraciyərin fəaliyyətinə ciddi mənfi təsir göstərə bilər.
Mütəxəssislərin sözlərinə görə, bir oturuşda təxminən 1 kiloqram gilas yeyildikdə orqanizmə həddindən artıq fruktoza, yəni meyvə şəkəri daxil olur. Qaraciyər isə birdən-birə bu qədər fruktozanı emal etməkdə çətinlik çəkir. Nəticədə emal oluna bilməyən artıq şəkər qaraciyərdə toplanaraq orada piylənməyə səbəb olur.
Həkimlər bildirir ki, gilasın gündəlik təhlükəsiz qəbul norması cəmi 250 qramdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 İyul 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















