Icma.az
close
up
RU
“Giləzi Quşçuluq Şirkəti” ölkədən pul çıxarmaqda günahlandırılır

“Giləzi Quşçuluq Şirkəti” ölkədən pul çıxarmaqda günahlandırılır

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Giləzi-Quşçuluq Şirkəti” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Şirkət böyük məbləğdə cərimə edilə bilər.

Tribunainfo.az xəbər verir ki, “Giləzi-Quşçuluq Şirkəti” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı işə 10 iyun tarixində Xızı rayon Məhkəməsində hakim İlqar Cabbarocun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Giləzi-Quşçuluq Şirkəti” MMC-nin rəhbəri Mahir Mirzəyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri