Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.
İdman.biz xəbər verir ki, ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək ilk yarış batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi olacaq.
Fevralın 14-15-də təşkil olunacaq yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar.
Batut üzrə yarışda idmançılar fərdi və sinxron proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.
Tamblinq üzrə yarışda idmançılar fərdi proqramda kiçiklər (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















