Gimnaziada: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növündə yarımfinal oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Gəray Məmmədli 1/2 finalda Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da G. Məmmədli bürünc medal əldə edib.
Bu gün mübarizə aparan digər idmançılarımız Abdulmalik Nəsibzadəyə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















