Gimnaziada: Cüdoçularımız yarışa 4 medalla başlayıb FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında cüdoçuların mübarizəsinə start verilib.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir, Luçani şəhərində təşkil edilən yarışların ilk günündə Azərbaycanın 4 idmançısı fəxri kürsüyə yüksəlib.
44 kq-da Yağmur Abdullayeva finalda monqolustanlı Buyanbleq Batxudu üstələyərək qızıl medal qazanıb.
Bürünc medal uğrunda görüşlərdə Fatimeyizəhraxanım Məmmədzadə (36 kq) Kişiqmaa Dorinanyidə (Monqolustan), Nərgiz Məmmədova (40 kq) Alessiya Şerdana (Braziliya), Məhəmmədəli Mehdi isə (73 kq) Boqdan Vuçkoviçə (Serbiya) qalib gəliblər.
Qeyd edək ki, cüdo yarışlarına aprelin 12-də yekun vurulacaq.
İdman.biz








Cüdoçularımız 5 medalla başladı
22 İyun 2025 17:21
Gimnaziada: Parabadmintonçularımız fəxri kürsüdə FOTO
11 Aprel 2025 20:24
Cüdoçularımız Belçikada 4 medal qazanıblar
26 Yanvar 2025 09:58
Gimnaziada: Basketbolçularımız 1/4 finalda məğlub olublar
11 Aprel 2025 19:34
Cüdoçularımız EYOF a 3 qızıl medalla başladı
22 İyul 2025 22:51

