Icma.az
close
up
RU
Girassi “Monterrey”in yolunu kəsdi

Girassi “Monterrey”in yolunu kəsdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1/8 finalın son oyunu Avropa komandası üçün heç də asan keçmədi. Hərçənd oyunun əvvəlində “Borussiya”nın işləri yağ kimi getdi.

Artıq 14-cü dəqiqədə dortmundluları irəli çıxaran Girassi 10 dəqiqə sonra fərqi artırdı. Almanlar topa, əraziyə daha yaxşı nəzarət edir, imkanlardan effektli şəkildə yararlanırdı, “Monterrey” isə hücumda çəkingən görünürdü. Meksikalıların da şansları var idi, sadəcə, o qədər inamlı deyildi. Bəlkə də əsəbilik onlara mane olurdu. Əslində “Borussiya” da əlahiddə kreativ oyun göstərmirdi. Sadəcə, debütdə vurulan iki qol “Monterrey”ə hissənin sonuna qədər özünə gəlməyə imkan vermədi.
İkinci hissədə bir qədər fərqli oyun izlədik. Artıq meksikalılar daha toparlanmış və inadkar oyun göstərməyə başladı. 48-ci dəqiqədə fərqli azaldan Berterame “Borussiya” düşərgəsini həyəcanlandırdı.
Almanların oyunun axarını sakitləşdirməklə bağlı cəhdləri heç bir nəticə vermirdi. Sona qədər fəal təsir bağışlayan, təzyiq göstərən meksikalılar rəqibin müdafiəsini daim gərginlikdə saxladı. Ancaq bəzən bəxt “Monterrey”in oyunçularından üz döndərdi, bəzi məqamlarda da ustalıq və soyuqqanlı davranış çatışmadı. Nəticədə minimal üstünlüyü qoruyan “Borussiya” 1/4 finalda “Real”a rəqib oldu.
1/8 final
Borussiya D – Monterrey 2:1 (2:0)

Borussiya (Dortmund, Almaniya): Kobel, Bensebayni, Anton, Zyule, Svensson, Qros, Nmeça (Koutu, 70), Ryuyerson, Adeyemi (Brandt, 70), Girassi, Cob Bellingem (Zabitser, 55).
Monterrey (Meksika): Andrada, Ramos, Rodriges, Medina, Arteaqa, Kanales (Alvarado, 90), Deossa, Torres (Ambris, 83), Agirre, Korona (De la Rosa, 83), Berterame (Okampos, 83).
Qollar: Girassi, 14 (1:0). Girassi, 24 (2:0). Berterame, 48 (2:1).
Vərəqələr: Cob Bellingem, 28. Girassi, 90+3 – sarı.
Hakim: Fakundo Telyo (Argentina).
2 iyul. Atlanta. 31442 tamaşaçı.
Oyundan sonra
Niko Kovaç, “Borussiya”nın baş məşqçisi:

“Gözlədiyimiz kimi oldu, oyun çətin keçdi. İlk yarıda yaxşı oynadıq, daha bir-iki qol vurmalıydıq. İkinci hissədə isə yaxşı müdafiə olunduq, bu da vacib idi. Rəqib bizə böyük təzyiq göstərdi, ancaq düşünmürəm ki, “Monterrey”ə hədsiz çox qol vəziyyəti yaratmağa imkan verdik. Fasilədən sonra yetərincə aqressiv deyildik, yüksək oyun səviyyəsini qoruya bilmədik. Əsas odu ki, hədəfə çatdıq. “Real”la oyun bizim üçün bonus və böyük sınaq olacaq”.

Serxio Ramos, “Monterrey”in müdafiəçisi:

“Bu gün tamaşaçılar, bütün azarkeşlərimiz, futbolu anlayan adamlar gördülər ki, komanda qalib gəlmək üçün tələb olunan hər şeyi verdi. Bəzən futbolda hər şey alınır. Bəzi hallarda isə məğlubiyyəti qürurla və başıuca qəbul etmək lazımdı. Birinci dəqiqədən sonuncuya qədər fantastik oyun keçirdik. “Borussiya”nın sürətli və nəhəng futbolçular ilə irəlidə effektli olacağını bilirdik. Rəqib ilk yarıda çox effektli oynadı. Vicdanımız təmizdi. Sadəcə, bəzən hər şey istədiyin kimi alınmır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyul 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri