Icma.az
close
up
RU
Girişi qadağan olunan ən sirli 5 məkan FOTO

Girişi qadağan olunan ən sirli 5 məkan FOTO

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Dünyada elə məkanlar var ki, onların mövcudluğu hamıya məlum olsa da, ora daxil olmaq demək olar ki, mümkünsüzdür.

ABŞ-dəki məşhur "51-ci zona" bu cür yerlərin ən tanınmış nümunələrindən sayılır. Planetin müxtəlif bölgələrində hərbi, dini və ya təbii səbəblərlə ciddi şəkildə qorunan qapalı ərazilər də mövcuddur.

Metbuat.az həmin 5 sirli məkanı təqdim edir.

North Sentinel adası


Bengal körfəzində yerləşən North Sentinel adası dünyanın ən təcrid olunmuş tayfalarından birinə ev sahibliyi edir. Xarici insanlarla təmasa son dərəcə aqressiv yanaşan sentinellilər keçmişdə baş verən ölümcül hadisələr və xəstəlik riski səbəbindən Hindistan hakimiyyəti tərəfindən tam qorunur və adaya giriş qadağandır.

Vatikan Apostol Arxivi

Vatikan Apostol Arxivi kimi tanınan Vatikanın gizli arxivi isə əsrlərdir papalara aid məxfi sənədləri qoruyur. Arxiv turistlər və jurnalistlər üçün bağlıdır, yalnız məhdud sayda akkreditə olunmuş tədqiqatçıya qismən giriş icazəsi verilir.

Svalbard Qlobal Toxum Anbarı


Norveçin Şpitsbergen adasında yerləşən Svalbard Qlobal Toxum Anbarı Yer kürəsinin “ehtiyat gen bankı” hesab olunur. Qlobal fəlakətlərə qarşı sığorta məqsədi daşıyan bu obyekt dərin qayaların altında yerləşir və ictimai ziyarət üçün açıq deyil.

Queimada Grande adası


Braziliyaya məxsus Queimada Grande adası isə dünyanın ən təhlükəli ilanlarının məskənidir. İnsan üçün ölümcül zəhərə malik minlərlə ilan səbəbindən hökumət adaya girişə qadağa qoyub, yalnız xüsusi icazə ilə alimlərin məhdud tədqiqat aparmasına şərait yaradılır.

Sion Müqəddəs Məryəm kilsəsi


Efiopiyanın Aksum şəhərində yerləşən Sion Müqəddəs Məryəm kilsəsi də dünyanın ən sirli dini məkanlarından sayılır. Əfsanəyə görə, burada Əhd sandığı qorunur. Kilsəyə yalnız bir keşişin daxil olmasına icazə verilir və məkan tam qapalı saxlanılır.
Hazırladı: Səbinə Hüseynzadə

Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Fevral 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri