Icma.az
close
up
RU
Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi İran vasitəsi ilə Azərbaycana ilginc qaçış

Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi İran vasitəsi ilə Azərbaycana ilginc qaçış

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

İran vasitəsi ilə Türkiyədən qaçıb Biləsuvarda saxlanılan azərbaycanlı gəncə bəraət verilib.

Qaynarinfo xəbər verir ki, 1998-ci ildə Gəncə şəhərində anadan olmuş V.H. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar sərhəd nəzarət şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 29, 318.1-ci maddələri ilə cinayət işi açılaraq, baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, V.H. Türkiyədə cinayətkar qrup tərəfindən girov götürülərək, dövlət qurumlarında çalışan məmurların hesablarına müdaxilə etməklə həmin hesablarda olan pulların mənimsənilməsinə məcbur edilib. 

Belə ki, V.H. 2016-cı ildən Türkiyədə Mersin Dövlət Universitetində təhsil almağa başlayıb. 17 iyul 2021-ci il tarixdən Mersin şəhərində işləyib, yaşamağa başlayıb.  O, Türkiyədə yaşadığı zaman özünə məxsus bank kartlarına xəbəri olmadan və tanımadığı şəxslər tərəfindən qeyri-qanuni köçürmələr həyata keçirilməsi barədə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 2022-ci ilin oktyabr ayından dələduzluq cinayətini törətməkdə ittiham edilərək həbs olunub, 17 iyun 2023-cü il tarixdə azadlığa buraxılıb. 

Lakin azadlıqda olduğu müddətdə tanımadığı şəxslər tərəfindən bank kartına təkrarən müdaxilələr edilərək, qanunsuz pul köçürmələri həyata keçirildiyindən yenidən 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib. Həmin hökmdən narazı olduğuna görə apellyasiya şikayəti versə də, şikayəti təmin edilməyib. Türkiyə qanunvericiliyinə əsasən, cəzası 3 il 4 aya endirilib. 

V.H. 2024-cü ilin yanvar ayında tutulub və cəzaçəkmə müəssisəsinə göndərilib. Cəzasının 6 aynı "Sincan 4" nömrəli "L" tipli cəzacəkmə müəssisəsində, 4 ayını isə açıq tipli cəzaçəkmə müəssisəsində çəkdikdən sonra - 28 may 2024-cü il tarixdə polisin nəzarəti altında azadlığa buraxılıb. 

Bir ay sonra yaşaması üçün internet üzərində iş axtarmağa başlayıb və sosial şəbəkələr vasitəsilə Ərzurum şəhərində bir şirkətdə iş tapıb. Həmin müəssisədə işə qəbul edilib və qurumun mühasibatlıq işlərini aparmağa başlayıb. Təxminən 20 gün həmin şirkətdə rəsmi şəkildə işləyib, daha sonra isə rəhbərlik onu ofis şəraitindən ev şəraitinə keçirib.

Lakin həmin şirkəti idarə edən 4 nəfər hazırda xatırlamadığı tarixdə onun yaşadığı evə gələrək, şəxsiyyət vəsiqəsini, pasportunu və digər hüquq müəyyənedici sənədlərini əlindən alıb və onu qanunsuz işlər görməyə məcbur edib. Belə ki, həmin şəxslər üçüncü şəxslərin hesablarında müvafiq əməliyyatlar apararaq, həmin hesablarda olan pulların mənimsənilməsini ondan tələb ediblər. Onların tələbi ilə əməliyyatları əvvəllər yalnız sadə vətəndaşlara qarşı etsə də, sonradan dövlət qurumlarına qarşı da həyata keçirməyə başlayıb.

Məcburi kibercinayətkarlığa cəlb edilən V.H. gizli şəkildə İrana qaçmalı olub. Təbriz şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna gedərək, başına gələnlər barədə məlumat verib və ona ölkəsinə qayıtmaq üçün kömək etmələrini xahiş edib. Konsulluqda V.H.-ya İran İslam Respublikası ərazisinə qanunsuz keçdiyinə görə həmin ölkədə cinayət məsuliyyətinə cəlb ediləcəyi deyilib. 

İranda həbs olunmasından qorxan V.H. özü Azərbaycan sərhəd-buraxılış məntəqəsinə gedərək, sərhəd nəzarətçilərinə özünü təqdim etməyə qərar verib. O, hərəkətdə olan TIR-ın yanı ilə iti addımlarla İran dövlət sərhədini keçib və neytral zonaya daxil olmağı bacarıb. Yük avtomobilinin yanı ilə qaçaraq hərəkət etməklə, Azərbaycan dövlət sərhədi istiqamətində hərəkət edib. Özünü Biləsuvar sərhəd naryadına könüllü təqdim edərək, başına gələn hadisələri danışıb. 

Məhkəmənin qərarı ilə V.H Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilib və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri