“Gizlətmirəm, biz yaşamaq uğrunda mübarizə aparırıq” klub prezidenti
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
“Dinamo” 2-ci liqada yerini qorusa da, maliyyə durumu yaxşı olmayan, qarşıdakı mövsümdə çıxış etməsi sual altında olan komandalardandı.
Klubun prezidenti Yaşar Seyidov “Football-plus.az”a açıqlamasında “Dinamo”nun vəziyyətinin yaxşı olmadığını, ciddi problemlər yaşadığını dedi:
“Dinamo”nun çox ciddi çətinlikləri var. Gizlətmirəm, biz ikinci liqada yaşamaq uğrunda mübarizə aparırıq. Vaxtilə yaratdığımız İsgəndər Cavadov Bakı Futbol Akdademiyası olmasaydı, növbəti mövsümdə çıxış etməyimiz mümkün olmazdı. Problemlər hədsiz çoxdu. Həll etmək üçün danışıqlar aparırıq. Çox təəssüf ki, futbolda olan iş adamlarının da futbol sevgisi yoxdu. Gələn mövsüm akademiyamızın gənc futbolçuları ilə mübarizə aparacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 İyun 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















