Gizli kameralarla kazinodan 784 min dollarlıq pul mənimsədilər
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avstraliyanın Sidney şəhərində bir cütlük kart oyunlarını gizlicə izləmək üçün gizli kamera və qulaq içi cihazlardan istifadə edərək təxminən 1.2 milyon Avstraliya dolları (784 min dollar) məbləğində qanunsuz qazanc əldə etməkdə ittiham olunur.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Yeni Cənubi Uels Polisi Qazaxıstan əsilli 36 yaşlı Dilnoza İsrailovanın üzərindəki "Mickey Mouse" şəkilli köynəyində gizlədilmiş kiçik kameranın aşkar edilməsindən sonra yaxalandığını açıqlayıb.
İsrailova və 44 yaşlı əri Alişerixoja İsrailov qısa müddət sonra həbs edilbilər.
Polisin keçirdiyi axtarış zamanı oyunları manipulyasiya etmək üçün istifadə edildiyi iddia edilən maqnit prob cihazları və mobil telefona taxılan güzgü aparatı ələ keçirilib.
Cütlük qanunsuz mənfəət əldə etmə ittihamı ilə həbs olundu və girovla azadlığa buraxılma tələbləri rədd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















