Icma.az
close
up
RU
Gizli saxtakarlığın aşkar üzü

Gizli saxtakarlığın aşkar üzü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“AnewZ” telekanalı “Vardanyanın hüquqlarını müdafiə” kampaniyası sifarişçisinin yalan və qərəzini açıb göstərir

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası almış rusiyalı biznesmen, Azərbaycanın Qarabağ regionundakı erməni separatçılarının rəhbərlərindən biri Ruben Vardanyanın “hüquqlarının müdafiəsi” kampaniyasını sifariş verənlərin mövqeyi qərəzli, arqumentləri uydurmadır. “AnewZ” telekanalının saytında dərc olunmuş “Moskvadan Kapitoli təpəsinə qədər: Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi” adlı materialda o da bildirilir ki, məlum kampaniyanın əsas sifarişçisi “Free Armenian Prisoners” saytını maliyyələşdirən və fondun tapşırığı ilə müxtəlif məlumatlar və petisiyalar dərc edən Ruben Vardanyan Xeyriyyə Fondudur. Həmçinin kampaniyaya Ruben Vardanyanın oğlu Davidin maraqlarını təmsil edən “Perseus Strategies” hüquq şirkəti də cəlb olunub.

Açıq məlumatlara əsaslanan “AnewZ” qeyd edir ki, “Perseus Strategies” şirkətinin lobbiçilik fəaliyyətindən ümumi gəliri 75 min dollar təşkil edib. Bununla yanaşı, göstərilən məbləğ hüquqi və kommunikasiya işlərinə çəkilən bütün xərcləri özündə əks etdirmir. Digər tərəfdən, lobbiçilik fəaliyyəti çərçivəsində bu kampaniyaya cəlb olunmuş şəxsin nümayəndələri ABŞ Senatı və Nümayəndələr Palatası, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası ilə əlaqə saxlayıblar.

Bütün bunlardan savayı, kampaniya beynəlxalq hüquqi mexanizmlər vasitəsilə də həyata keçirilirdi. Yəni Ruben Vardanyanın komandası BMT strukturlarına müraciət edir və guya, ona qarşı qəddar rəftar edildiyi barədə həqiqətə uyğun olmayan bəyanatlar yayırdı. “AnewZ” bu saxtakarlığı tutarlı sübutlarla üzə çıxarır: “Amma nəticələr kampaniya üçün heç də həmişə əlverişli olmur. BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu 46/2024 saylı rəyində belə bir nəticəyə gəlib ki, onun işi özbaşına həbs halı hesab oluna bilməz. Vardanyanın tərəfdarları sonradan İşçi Qrupun sədri ilə bağlı maraqların toqquşmasını iddia edərək rəyin etibarlılığını şübhə altına alıblar. Tanış olmaq üçün əlçatan olan heç bir açıq BMT sənədində təhqiqatın dayandırılması ilə əlaqədar olaraq rəyin geri çağırıldığı və ya dəyişdirildiyi göstərilməyib”.

Telekanal öz materialında saxta və qərəzli kampaniyaya cəlb edilmiş bəzi lobbiçilərin adlarını da açıqlayıb. Bunlar Cared Qenser, Brayan Tronik, Zara Salman, Yümey Lindir. Ümumiyyətlə, lobbiçilik sənədlərinin vəziyyətə təsir göstərmək işini necə qeydə aldığı da göstərilir. Daha sonra materialda qeyd olunur ki, Vardanyan biznes və xeyriyyəçilik sayəsində qurulmuş geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Və bu əlaqələr Vardanyanın ətrafındakı kampaniyaya cəlb edilib. Amma bütün kampaniya qanuni və hüquqi baxımdan əsaslandırılmış görünsə də, KİV-lər Vardanyan haqqında materiallar dərc edərkən diqqətli olmalı və sifarişçilərin mənsubiyyətinin tam sxemini göstərməlidirlər.

"AnewZ" telekanalının saytında daha sonra oxuyuruq: “Beləliklə, əsas jurnalist sualı Vardanyanın vəkillərinin olub-olmaması deyil. Hər bir saxlanılan şəxsin hüquqi nümayəndəlik, ailəsi ilə ünsiyyət, humanist rəftar və ədalətli mühakimə hüququ var. Sual ondadır ki, mesajın onun adını daşıyan fonddan, oğlunun qeydiyyatdan keçmiş lobbiçilərindən, müttəfiq diaspor qruplarından və ya peşəkar şəkildə yayılmış təşviqat materialından gəldiyi barədə auditoriyaya məlumat verilirmi? İnsan hüquqlarının müdafiəsi eyni zamanda həm prinsipial, həm də strateji cəhətdən təşkil olunmuş ola bilər. Bu müddəalar bir-birinə zidd deyil. Peşəkar təkrarlamanın, maraqlı tərəfin gəldiyi nəticəni heç nə ilə fərqləndirilməyən fakta çevirməsinə yol vermək qəbuledilməzdir. Jurnalistikanın ilkin vəzifəsi bəyanatın mənşə zəncirini göstərməkdir: onu kim verib, təşviq üçün kim pul ödəyib, kim yayıb və bunu təkzib edən hansı sübutlar mövcuddur”.

Beləliklə, “AnewZ”in saytında dərc olunan “Moskvadan Kapitoli təpəsinə qədər: Ruben Vardanyanın ətrafındakı lobbi şəbəkəsi” araşdırma məqaləsində erməni lobbi təşkilatlarının və onlara şəxsi maraqları müqabilində dəstək verənlərin iç üzü ortaya qoyulmuş, beynəlxalq Femidanı saxtakarlıq və dezinformasiya ilə aldatmaq cəhdləri ifşa olunmuşdur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri