Icma.az
close
up
RU
Gizli sövdələşmə iddiası Rusiya ilə İran dronları tonlarla qızıla dəyişiblər

Gizli sövdələşmə iddiası Rusiya ilə İran dronları tonlarla qızıla dəyişiblər

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, "Vaşinqton Post" nəşrinin yazdığına görə, İranın dronlarının müqabilində Rusiya Tehrana 2 tona yaxın qızıl verib.
Qəzetin yazdığına görə, İrandan "Shahed-136" dronları alan Rusiya onların bir qisminin qarşılığında ümumilikdə 104 milyon dollar dəyərində qızıl külçələr verib.
Belə bir informasiyanı C4ADS analitik qrupu verib. Qəzetin yazdığına görə, qrup Rusiyanın "Alabuga Machinery" şirkəti ilə İranın "Sahara Thunder" şirkətləri arasındakı müqavilənin mətnindən xəbərdardır.
Sənədlərə görə, 2023-cü il martın 16-da qramı 58,32 dollar qiymətində olan 1,8 ton qızılın göndərilməsi barəsində razılaşma imzalanıb. Bu sövdələşmə 1,75 milyard dollarlıq daha böyük bir müqavilənin bir hissəsidir. Həmin müqavilədə 6 min ədəd "Shahed-136" dronunun, həmçinin texnologiyaların, avadanlığın tədarükü və şəxsi heyətin öyrədilməsi nəzərdə tutulur.
"Vaşinqton Post" yazır: "Sanksiya məhdudiyyətlərindən yayınmaq üçün Rusiya ilə İran qızıldan ödəniş vasitəsi kimi istifadə ediblər, bunun sayəsində ABŞ dollarından istifadədən yayınmaq mümkün olub. Bundan başqa, ödənişin bir hissəsi də Dubaydakı banklar vasitəsi ilə BƏƏ dirhəmləri ilə həyata keçirilib. Həmçinin, kriptovalyutalardan, o cümlədən "Tether" valyutasından istifadənin mümkün olduğuna dair dəlillər var".
Nəşrin yazdığına görə, Rusiya və İranın bu əməkdaşlığı Rusiyaya Tatarıstanın Alabuqa xüsusi iqtisadi zonasında Şahed-136 pilotsuz təyyarələrinin istehsalını lokallaşdırmağa imkan verib. Planlara görə, 2025-ci ilin yayına qədər Rusiya 6000-ə qədər belə dron istehsal etmək niyyətindədir ki, bu da onun Ukraynaya qarşı müharibə aparmaq imkanlarını xeyli artıracaq.
Nəşr qeyd edir ki, bu faktlar beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında hərbi-sənaye əməkdaşlığının dərinləşməsindən xəbər verir və silah alverinə və maliyyə axınlarına nəzarətin mövcud mexanizmlərinin effektivliyini şübhə altına alır.
Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri