Icma.az
close
up
RU
Gizli sövdələşmələr Ukraynaya sülh gətirəcəkmi?

Gizli sövdələşmələr Ukraynaya sülh gətirəcəkmi?

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazır ki, Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar. Çox maraqlıdır ki, kifayət qədər təcrübəli siyasətçi, Rusiya-Ukrayna müharibəsinin əsas baiskarı, öz imperiya iddialarında geri çəkilməyən Vladimir Putini ABŞ prezidenti necə razı sala bilib. Digər tərəfdən Qərb Rusiyaya qarşı ciddi sanksiyalara hazırlaşır.

Bunu "Xalq Cəbhəsi"nə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, Almaniya kansleri Fridrix Merz sosial şəbəkədə yazır ki, Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Bu barədə ABŞ prezidenti Trampla onun Putinlə söhbətindən sonra razılaşdıq.
Amma, lakin bir məsələ aydındır ki, Ukrayna xalqının və onun rəhbərliyinin alçaldıcı razılaşmaya gedəcəyi inandırıcı deyil. Müşahidələr göstərir ki, ukraynalıların böyük əksəriyyəti bütün fəlakətlərə baxmayaraq, öz ərazilərini Rusiyaya güzəştə getməyəcəklər. Ola bilər ki, müəyyən zaman kəsiyində torpaqların işğalda qalmasına razılaşa bilərlər. Bu proses öz güclərini bərpa edənə, əlverişli şərait yetişənə qədər davam edə bilər:

"Görünən odur ki, ABŞ Prezidenti Donald Tramp Putinlə bağları hələki qırmaq istəmir, danışıqları davam etdirir. Ortada hansısa gizli sövdələşmələrin olduğu mümkündür.
Bir məsələ gün kimi aydır ki, Rusiya-Ukrayna müharibəsində yalnız ədalətli sülh regiona sabitlik gətirər. Bu da Rusiyanın tamamilə taqətdən düşdüyü, işğal etdiyi torpaqlardan geri çəkildiyi halda mümkün olar. Digər variantların, gizli sövdələşmələrın, yeni əcaib-qəraib siyasi gedişlərin effektli nəticə verəcəyi inandırıcı deyil. Hər zaman ədalətin tərəfindəyik, dualarımız Ukrayna xalqınadır!".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 May 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri