“GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 aprel, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Plug and Play” ilə birgə həyata keçirdiyi “GOAL” proqramının seçim mərhələsi yekunlaşıb və 6 yerli startap qalib elan olunub.
İRİA-dan AZƏRTAC-a bildirilib ki, seçilmiş komandalar Silikon Vadisində təcrübə proqramında iştirak edəcək. Yerli ekosistemin bu dinamik nümayəndələri innovasiyanın “ürəyində” təcrübə qazanacaq, qlobal vençur fondları ilə görüşəcək və beynəlxalq mentorlardan dəstək alaraq öz həllərini qlobal bazarlara daşıyacaqlar. Vizualda adlarını gördüyünüz hər bir startap Azərbaycanın texnoloji potensialını dünya miqyasında təmsil etməyə hazırdır.
Proqram startapların dünya bazarına çıxış imkanlarını genişləndirməyi hədəfləyir. Layihə İRİA tərəfindən dəstəklənir və yerli innovasiya ekosisteminin gücləndirilməsinə xidmət edir. Mütəxəssislər bu təşəbbüsün Azərbaycan startaplarının qlobal rəqabət qabiliyyətini artıracağını bildirir.
Müxbir – Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Aprel 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















