Göbələkdən hazırlanmış tabutda dəfn edildi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliyanın Yeni Cənubi Uels ştatında 70 yaşlarında Kerolin adlı qadın göbələk və çətənə liflərindən yetişdirilmiş tabutda dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qadının həyat yoldaşı Donald bildirib ki, bu seçim Kerolinin təbiətə töhfə vermək və başqalarına kömək etmək inancını əks etdirib.
Tabut Hollandiyanın “Loop Biotech” şirkəti tərəfindən hazırlanıb. Miselyum və çətənə liflərindən ibarət tabut xüsusi şəraitdə təxminən bir həftəyə yetişdirilir və torpağa basdırıldıqdan sonra təxminən 45 gün ərzində parçalanaraq torpağa qida maddələri verir.
Şirkətin məlumatına görə, belə tabutlar ənənəvi taxta tabutlardan fərqli olaraq daha sürətlə parçalanır. Tabutların çəkisi təxminən 30 kiloqramdır və mamırla örtülə bilər.
Mütəxəssislər insanların ənənəvi dəfn üsullarına ekoloji alternativlərə marağının artdığını bildirirlər.
Murad İsmayıl
Baxış sayı:98
Bu xəbər 07 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















