Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sumqayıt Gömrük İdarəsinin təşəbbüsü ilə Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən “STP Global Cable” Məhdud Məsuliyyətli Cəmiyyətində görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, rəsmiləşdirmə prosesinin sürətləndirilməsi və rəqəmsallaşdırılması istiqamətində tətbiq edilən layihələrdən bəhs edilib.
Həmçinin gömrük-biznes dialoqu çərçivəsində sahibkarlıq subyektlərinə biznes fəaliyyətlərinin planlaşdırılmasında dəstək göstərilməsi - idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlər barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması, gömrük nəzarətinin operativliyinin təmin olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan alətlər barədə məlumat verilib.
Eyni zamanda gömrük əməkdaşları müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olublar.
Sonda təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 07 Avqust 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















