Icma.az
close
up
RU
Gömrük idarəsində əməliyyat Vəzifəli şəxslər həbs edildi

Gömrük idarəsində əməliyyat Vəzifəli şəxslər həbs edildi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, istintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs,  Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri