Gömrük Komitəsində əməliyyat Kimlər qandallandı? (SİYAHI) Yenilənib
Icma.az, Mia.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində əməliyyat keçirilib.
Mia.az xəbər verir ki, Lent.az Dövlət Gömrük Komitəsində aparılan əməliyyat zamanı həbs edilən 7 nəfərin tam siyahısını əldə edib.
Onlar aşağıdakılardır:
Fərid Cəbrayıl oğlu Usubov,
Haşımov Zaur Natiq oğlu,
Haqverdiyev Fərrux Haqverdi oğlu,
Məhərrəmov Fariz Ramiz oğlu,
Rəşad Daşdəmirov,
Heydər Eyvazov,
Tamerlan Axundzadə.
***
Dövlət Gömrük Komitəsinin saxlanılan daha 3 əməkdaşının kimliyi bilinib.
Məlumata görə, onlar Haşımov Zaur Natiq oğlu, Haqverdiyev Fərrux Haqverdi oğlu və Məhərrəmov Fariz Ramiz oğludur.
Qeyd edək ki, onlar da digər həmkarları kimi qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
***
Dövlət Gömrük Komitəsində keçirilən əməliyyat zamanı saxlanılan daha 2 nəfərin kimliyi bilinib.
Mia.az xəbər verir ki, onlar Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadədir(Lent).
***
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib.
Mia.az xəbər verir ki, Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi çərcivəsində saxlanılıb.
Faktı Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a təsdiqləyiblər və bildirilib ki, cinayət işi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.
Xatırladaq ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq gününsesi.info məlumat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















