Icma.az
close
up
RU
“Gömrükdə 11 minlik əməliyyat ediblər, borc isə mənə gəlib”

“Gömrükdə 11 minlik əməliyyat ediblər, borc isə mənə gəlib”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Heç bir əlaqəmin olmadığı “Qarabağ Enerji Təchizat” MMC şirkəti mənim adımdan gömrükdə əməliyyat edib, vergi borcu isə mənə gəlib”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Razim Bayramov müraciət edib. 

Şikayətçinin sözlərinə görə, oktyabrın 3-də Dövlət Vergi Xidmətindən ona 2608 AZN əlavə gəlir vergisinin olduğuna dair SMS gəlib: “VÖEN hesabım var, gömrükdə işlərim olur. Lakin bu borcun onunla əlaqəsi yoxdur. Buna görə də Şamaxıda 4 saylı Ərazi Vergilər İdarəsinə getdim. Bildirildi ki, “Qarabağ Enerji Təchizat” MMC adlı bir şirkət gömrükdə 11 min manat məbləğində əməliyyat edib, qurum isə vergidən yayındığım üçün mənə əlavə gəlir vergisi olaraq 2608 manat məbləğində cərimə yazıb”. 

R. Bayramovun iddialarına görə, onun adıçəkilən şirkətlə heç bir əlaqəsi yoxdur: “Bu, necə ola bilər?! Mən həmin şirkəti tanımıram. Əməliyyat mənim xəbərim olmadan necə baş tutub? Hər hansı rəsmi müqavilə belə yoxdur. Mənə aid olmayan borcu niyə ödəməliyəm?!”

İddialara cavab üçün “Qarabağ Enerji Təchizat” MMC şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik. 

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə də sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı bildirildi. 

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri