Icma.az
close
up
RU
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?

Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyə əsasən gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Bununla belə, məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi.

Axar.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin “istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsi ehtiyac duyuldu.

Bununla da, dəyişiklik gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu məcəllədə tutulmuş üsullardan yəni, girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur.

Yeni dəyişikliklər ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcəkdir.

Bütövlükdə, yeni dəyişikliklər ilə başqasının gömrük borcunu ödəmək daha mümkün olmayacaq. Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq. Digər şəxslər ilə bağlı ödəniş qaydaları əvvəlki kimi saxlanılır", - o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyul 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri