Icma.az
close
up
RU
GÖMRÜKDƏ YÜK AVTOMOBİLLƏRİNİN SÜRÜCÜLƏRİ NECƏ “SOYULUR”... Sürücülər qanunsuz cərimələrə etiraz edirlər

GÖMRÜKDƏ YÜK AVTOMOBİLLƏRİNİN SÜRÜCÜLƏRİ NECƏ “SOYULUR”... Sürücülər qanunsuz cərimələrə etiraz edirlər

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Beynəxalq yükdaşıma xidməti ilə məşğul olan bir qrup sürücü tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər gömrük əməkdaşları tərəfindən haqsız yerə və məqsədli şəkildə cərimə olunduqlarını iddia edirlər. Onların müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Diqqətinizə çatdıraq ki, biz beynəlxalq yükdaşıma xidməti ilə məşğul oluruq. Əsasən də, Naxçıvan üzərindən keçməklə, İrandan Türkiyəyə yük daşıyırıq. Lakin çox təəssüflə qeyd edirik ki, bəzi işbaz məmurlar tərəfindən haqsız cərimələrə, belə demək olarsa, soyğunçuluğa məruz qalırıq.

İlk öncə onu diqqətinizə çatdıraq ki, Culfa Gömrük Məntəqəsindən Naxçıvan ərazisinə daxil olaraq, oradan çıxış nöqtəsinə - Sədərək Gömrük Məntəqəsinə çatmaq üçün bütün yük avtomobillərinə 72 saat vaxt verirlər. Əlbəttə, bu, bizi o qədər də narahat etmir. Bizi narahat edən odur ki, məntəqəyə qeyd olunan vaxtdan tez çatsaq da, yenə cərimələnməkdən xilas ola bilmirik.

Məlumat üçün bildirək ki, Culfa Gömrük Məntəqəsində hər bir yük avtomobilinin arxasına CPS vurulur. Məqsəd maşınların hərəkət trayektoriyasına nəzarət etməkdir. Amma biz Sədərək Gömrük Məntəqəsinin parkına (dayanacağa) 72 saatdan tez çatsaq da, həmin CPS-i açmırlar. Halbuki, parka daxil olduqda CPS sökülməli və qeyd olunan 72 saatlıq vaxt dayandırılmalıdır. Ona görə ki, bəzi hallarda sürücülərdən asılı olmayaraq, yük avtomobilləri günlərlə növbə gözləməli olur. Belə olduğu təqdirdə isə 72 saatlıq müddət dolur və “qırmızıya düşdüyümüzü” iddia edərək, bizdən məcburi qaydada 50 manat alırlar. Üstəlik, parkda qaldığımız hər gün üçün də əlavə 10 manat da ödməyə məcbur edilirik. Halbuki, hər bir yük avtomobilinin sürücüsü günü 10 manatdan olmaqla, 30 manatlıq barkod alır. Dövlət rüsumu kimi nəzərdə tutulan həmin vəsaiti də çıxışda ödəyirik.

Onu da bildirək ki, “qırmızıya düşdüyümüz” üçün ödəməli olduğumuz cərimələr də dövlət büdcəsinə yönləndirilmir, böyük ehtimalla kimlərinsə cibinə gedir. Yəni gömrük əməkdaşı hər bir sürücüyə kod verir ki, get 50 manat cəriməni bu hesaba ödə. Həmçinin, bu zaman protokol da yazılır ki, heç bir narazılığın olmadığını təsdiq etmək üçün qol çək.

Əlbəttə, həmin sənədə imza atmayan sürücü gömrükdən keçə bilməz. Bu səbəbdən də, daşıdığımız yükü vaxtında ünvanına çatdırmaq üçün protokola imza atıb, 50 manat cəriməni deyilən kod əsasında ödəməyə məcbur oluruq.

Yeri gəlmişkən, bu cür qanunsuzluqlar əsasən yerli yük avtomobillərinin sürücülərinə qarşı edilir. Xarici ölkələrin maşınları gömrüyü problemsiz keçir və onlara hər hansı qanunsuz cərimə yazıldığının şahidi olmamışıq. Bu səbəbdən, aidiyyəti qurumlardan xahiş edirik ki, gömrük məntəqələrində biz sürücülərin qanunsuz olaraq cərimələnməsi ilə bağlı araşdırılma aparılsın. Əgər bizlər həqiqətən də qanunları pozuruqsa, cərimə ödəməyə hazırıq. Amma çox təəssüflə qeyd edirik ki, hər birimiz məqsədli şəkildə və qanunsuz olaraq cərimə ödəməyə məcbur edilirik”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri