Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Gön (iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının gönləri) ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb.
525.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.
Azərbaycana idxal edilən təzə və qurudulmuş gönlərə tətbiq edilən gömrük rüsumları da 2 dəfə azaldılaraq 1000 kiloqram üçün 150 ABŞ dollarından 75 ABŞ dollarına endirilib.
Baxış sayı:67
Bu xəbər 12 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















