Google Chrome brauzerini almaq istəyən şirkətin adı açıqlandı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqtonda texnoloji nəhəng "Google"a qarşı davam edən antiinhisar işi əsnasında "Perplexity" şirkəti məşhur "Chrome" veb-brauzerini almağa hazırdır.
Oxu.Az "The Verge"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş biznes direktoru Dmitri Şevelenko bildirib.
Bundan əvvəl "OpenAI"nin nümayəndəsi də "Chrome"u almaqda maraqlı olduğunu bildirərək, bu brauzerlə inteqrasiyanın onun şirkətinin məhsullarının keyfiyyətini əhəmiyyətli dərəcədə artıracağını vurğulamışdı. Bununla belə, "Google" satışın potensial mənfi nəticələri, məsələn, "Chrome"dan istifadəyə görə ödənişin tətbiq edilməsi və ya məhsulun keyfiyyətinin aşağı düşməsi riski barədə xəbərdarlıq edir.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi monopoliyaya qarşı mübarizə çərçivəsində texnologiya nəhəngi "Google"u "Chrome" brauzerini satmağa məcbur etməyə çalışır.
Baxış sayı:80
Bu xəbər 24 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















