“Google Chrome”da çoxdan gözlənilən yenilik AVTOMATİK PAROL DƏYİŞMƏK MÜMKÜN OLACAQ
Icma.az, Avtosfer saytına istinadən bildirir.
“Google Chrome” brauzerinə yeni təhlükəsizlik funksiyası əlavə olunacaq.
Avtosfer.az xəbər verir ki, hazırda sınaq mərhələsində olan bu xüsusiyyət, istifadəçilərin parolları sızdırıldığı halda onları avtomatik dəyişdirərək təhlükəsizliyi artırmağı hədəfləyir.
Yeni funksiyanın hələ geniş auditoriyaya yayılması həyata keçirilməyib.
Məlumat sızması baş verdikdə yeni xüsusiyyət aktivləşəcək və istifadəçi hesabına daxil olduqda brauzer avtomatik olaraq parolun dəyişdirilməsini təklif edəcək. Bununla belə, istifadəçi icazəsiz dəyişikliklərin qarşısını almaq üçün prosesi nəzarətdə saxlaya biləcək. Yeni parol "Google" oarol menecerində saxlanacaq ki, istifadəçi onu yadda saxlamaq məcburiyyətində qalmasın.
Bu funksiya "Google"un süni intellekt sistemi ilə inteqrasiya olunmuş şəkildə işləyəcək. Hazırda sınaq mərhələsində olduğuna görə bəzi texniki problemlərin ortaya çıxması mümkündür. Funksiyanın rəsmi istifadəyə veriləcəyi tarix hələ açıqlanmayıb.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 14 Fevral 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















