Icma.az
close
up
RU
“Google Maps” yeni versiyasını təqdim etdi SÜRÜCÜLƏRİN ŞİKAYƏTİ ÜZRƏ DƏYİŞİKLİKLƏR EDİLİB

“Google Maps” yeni versiyasını təqdim etdi SÜRÜCÜLƏRİN ŞİKAYƏTİ ÜZRƏ DƏYİŞİKLİKLƏR EDİLİB

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Məşhur “Android Auto” proqramında dəyişiklik edilib. Dəyişikliyə əsasən proqram 13.6 versiyasına yeniləndib. Xüsusi olaraq avtomobillərdə istifadə üçün nəzərdə tutulmuş bu əməliyyat sistemi bir sıra təkmilləşdirmələr və yeni funksiyalarla təchiz edilib. Yenilənmə çərçivəsində “Google” Xəritə interfeysinin dizaynında da dəyişikliklər edilib.

Avtosfer.az xəbər verir ki, sürücülərin “Google Maps”də ən çox qarşılaşdığı problemlərdən biri kəsişmələrdə naviqasiya ilə bağlıdır. Naviqasiya sistemi səsli əmrlərlə lazımi manevrləri elan etsə də bəzi hallarda təlimatları dəqiq anlamaq çətin olur. Bu səbəbdən sürücülər marşrutlarını öncədən vizual olaraq nəzərdən keçirməyə ehtiyac duyurlar.

Yenilənmədə “Google Maps” kəsişməyə yaxınlaşan sürücülərə istiqamət göstəricilərini daha aydın formada təqdim edir. Ekranın yuxarı hissəsində izləniləcək istiqamət və müvafiq zolaqlar oxlarla göstərilir. Lakin, kiçik ekranlı cihazlarda və ya sürüş zamanı diqqətin yola yönəldilməsi lazım gəldikdə bu göstəricilər asanlıqla gözdən qaça bilər ki, bu da təhlükəsizliyə risk yaradır.

“Autobild”in məlumatına görə, yeni xüsusiyyət sayəsində sürücülər marşrut göstəricilərini daha detallı şəkildə görə biləcəklər. İstiqamət oxlarının və çıxış nöqtələrinin göstərildiyi qutuya toxunmaqla marşrut vizual olaraq genişləndirilir. Bu yenilik sayəsində sürücülər yalnız növbəti manevri deyil, həm də qarşılaşacaqları digər yol qovşaqlarını əvvəlcədən nəzərdən keçirə biləcəklər. “Reddit”də paylaşılan bir videoya əsasən, istifadəçilər sadə sürüşdürmə hərəkəti ilə marşrutun bütün detallarını asanlıqla nəzərdən keçirə bilirlər.

“Google”un “Android Auto” 13.6 yeniləməsində ən diqqətçəkən dəyişiklik xəritənin ekranın ortasına yerləşdirilməsidir. Bu tənzimləmə mövcud sahədən daha effektiv istifadə imkanı yaratsa da bəzi istifadəçilər üçün gözlənilməz çətinliklər yaradıb.

Yeni interfeys xəritədə bəzi kartoqrafik məlumatları gizlədir və izləmə oxunu ekranın mərkəzinə gətirir. Bu, avtomobilin mövqeyini daha aydın göstərsə də, marşrutun qalan hissəsinin görünməsini məhdudlaşdıra bilər. Bundan əlavə, üzən ünvan menyusunun açılması xəritə sahəsini daha da daralda bilər ki, bu da sürücülərin diqqətinin yayınmasına səbəb ola bilər.

Bəzi istifadəçilər yeni interfeysin daha axıcı olduğunu qeyd etsələr də, bir çoxları eyni sahədə istiqamət menyusunun və izləmə oxunun olmasını görmə qabiliyyətini məhdudlaşdıran bir faktor kimi qiymətləndirirlər. Xüsusilə avtomobil idarə edərkən belə dəyişikliklər potensial təhlükə yarada bilər.

Maraqlıdır ki, “Google” bu dəyişiklikləri rəsmi olaraq təqdim etməzdən əvvəl beta sınaqları ilə test etməyib. Avtomobillərdə istifadə üçün nəzərdə tutulmuş bir tətbiqdə hər hansı bir səhv ciddi nəticələrə səbəb ola bilər. Bu səbəbdən yeniləmələr adətən mərhələli şəkildə istifadəçilərə təqdim olunur.

Cari problemlərin gələcək yeniləmələrlə aradan qaldırılması gözlənilir. Bununla yanaşı, “Android Auto” 13.6 versiyası sabitlik, performans və müxtəlif avtomobil modelləri ilə uyğunluq baxımından əhəmiyyətli təkmilləşdirmələri ehtiva edir. Lakin, yeni funksiyaların əlavə edilməsi baxımından yeniləmə məhdud imkanlara sahibdir.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri