Icma.az
close
up
RU
“Google Maps”lə Azərbaycana gəlib meşədə yatan əfqanlar Balakəndə TUTULDU

“Google Maps”lə Azərbaycana gəlib meşədə yatan əfqanlar Balakəndə TUTULDU

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qanunsuz yolla Azərbaycan dövlət sərhədini pozan əcnəbilər Balakəndə saxlanılıb.

Lent.az-ın məlumatına görə, Əfqanistan vətəndaşı olan 2 nəfər Türkiyəyə getmək üçün qanunsuz yollarla İrandan Azərbaycana keçiblər.

Onlar ifadələrində bildiriblər ki, Əfqanistanda maddi durumları pis olduğu üçün İranın paytaxtı Tehrana gəliblər. Burada yerli vətəndaşla tanış olaraq, iş tapmaq üçün Türkiyəyə getməyə qərar veriblər. Onlar İrandan birbaşa Türkiyəyə getməyin çox çətin olduğunu biləndən sonra “Google Maps” tətbiqi ilə Azərbaycana keçməyi düşünüblər. Bu yolla əfqanlar gecə saatlarında qanunsuz olaraq, dövlət sərhədini pozaraq, Astara rayonuna Ərkivan qəsəbəsinə gəliblər. Gecəni meşədə yatıb səhər avtobusla Bakıya yollanıblar. Bakıdan isə Gürcüstana getmək məqsədilə taksi ilə 150 dollara Balakənə gediblər. Daha sonra gecə saatlarında Balakəndən Gürcüstana keçmək istəkləri isə alınmayıb. Sərhəd naryadı dövlət sərhədinə 20 metr qalmış onları müəyyən edərək “Dayan” əmri verib.

Nəticədə onlar saxlanılaraq, istintaqa təhvil veriliblər. Əfqanlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan qrup şəklində dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi açılıb.

Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə onların hər ikisi cəzalarını ümumi rejimli həbsxanada çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin onların cəzasını çəkəndən sonra ölkədən məcburi çıxarılması barədə qərar verilib və yenidən Azərbaycana gəlmələri qadağan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Sentyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri