Icma.az
close
up
RU
“Google” neyroşəbəkənin tətbiqi çərçivəsində 100 dən çox dizayneri işdən çıxarıb

“Google” neyroşəbəkənin tətbiqi çərçivəsində 100 dən çox dizayneri işdən çıxarıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 oktyabr, AZƏRTAC

“Google” dizayn sahəsində 100-dən çox iş yerini ixtisar edib. Hesabata görə, bu həftənin əvvəlində bulud texnologiyaları bölməsinin “istifadəçi təcrübəsinin kəmiyyət tədqiqatları” və “platformalar və xidmətlərlə iş təcrübəsi” şöbələrində, eləcə də bir sıra digər şöbələrdə çalışan əməkdaşlar ixtisar edilib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu mövqelər adətən istifadəçi davranışını başa düşmək və məhsul dizaynını formalaşdırmaq üçün məlumatlardan, sorğulardan və digər alətlərdən istifadəni nəzərdə tutur. Hesabatda əlavə olunur ki, bulud texnologiyalarının inkişafı üzrə bəzi komandalar yarıya endirilib, ixtisarların çoxu ABŞ-da işləyən əməkdaşlara aid olub.

Hesabata görə, bəzi işçilərə “Google”da başqa vəzifə tapmaq üçün dekabrın əvvəlinə qədər vaxt verilib. Bu ixtisarlar “Google”un süni intellekt infrastrukturuna investisiyaların artması ilə bağlı daha geniş dəyişikliklərin bir hissəsidir. Keçən ay “Wired” jurnalı “Gemini” və “AI Overviews” kimi süni intellekt alətləri üzərində işləyən 200-dən çox podratçının işdən çıxarıldığını bildirdi.

Həmin məlumatda əməkhaqqı və iş şəraiti ilə bağlı gərgin münasibətlər qeyd edilib. Bəzi əməkdaşlar hesab edirlər ki, işdən çıxarılma qismən aşağı əməkhaqqı və iş yerlərindəki qeyri-müəyyənliyə etirazları sakitləşdirmək məqsədi daşıyır.

Hələ fevral ayında “Google” bulud hesablama bölməsində çalışan əməkdaşları “biznesimiz üçün kritik və uzunmüddətli uğurumuzu təmin edən” kimi təsvir edilən sahələrə diqqət yetirmək üçün işdən çıxarmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri