Google, silahlar üçün süni intellektdən istifadə ilə bağlı vədindən imtina etdi
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Texnologiya nəhəngi Google-un ana şirkəti olan Alphabet, artıq heç vaxt süni intellektdən (AI) silah və müşahidə alətlərinin yaradılması kimi məqsədlər üçün istifadə etməyəcəyinə söz vermir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, firma süni intellektdən istifadəsinə rəhbərlik edən prinsipləri yenidən yazaraq, “zərər verə biləcək” istifadələri istisna edən bir bölməni tərk etdi.
Bloq yazısında Google -ın baş vitse-prezidenti Ceyms Manyika və Google DeepMind süni intellekt laboratoriyasına rəhbərlik edən Demis Hassabis bu addımı müdafiə ediblər.
Onlar iddia edirlər ki, bizneslər və demokratik hökumətlər “milli təhlükəsizliyi dəstəkləyən” süni intellekt üzərində birgə işləməlidirlər.
Orxan Saffari
Baxış sayı:118
Bu xəbər 05 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















