Google süni zəka ilə hazırlanmış foto və videonu aşkar edəcək
Metbuat saytına istinadən Icma.az xəbər verir.
“Google Fotoşəkillər” tətbiqinə gələcək “Bu necə edildi” funksiyası foto və videoların süni zəka ilə redaktə olunub-olunmadığını müəyyənləşdirəcək.
Metbuat.az xəbər verir ki, bu yenilik istifadəçilərə media faylının təbii çəkilib-çəkilmədiyini, adi vasitələrlə yoxsa süni zəka ilə redaktə edildiyini və ya tamamilə süni zəka ilə yaradıldığını sürətli şəkildə öyrənməyə imkan verəcək.
Funksiya “Məzmun Kimlik Məlumatları” standartı ilə işləyəcək və faylın redaktə tarixçəsini meta məlumatlarında saxlayacaq. Əgər məlumat çatışmazlığı və ya dəyişiklik aşkar edilərsə, istifadəçi xəbərdar ediləcək.
Qeyd edək ki, bu addım "Adobe", "Nikon" və "Leica" kimi şirkətlərin diqqətini çəkib, eyni zamanda, rəqəmsal şəffaflıq üçün yeni standartların əsasını qoymaq potensialına malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Avqust 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















