Icma.az
close
up
RU
Google un həmtəsisçisi Kaliforniyanı SSRİ ilə müqayisə etdi

Google un həmtəsisçisi Kaliforniyanı SSRİ ilə müqayisə etdi

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Google-un həmtəsisçisi Sergey Brin Kaliforniyada varlı sakinlər üçün təklif olunan birdəfəlik 5 faizlik sərvət vergisinə qarşı çıxdığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
 

Kaliforniyada yaşamış milyarder təşəbbüslə mübarizəyə artıq təxminən 57 milyon dollar xərclədiyini deyib. Brinin fikrincə, bu vergi ştatı onun ailəsinin vaxtilə tərk etdiyi keçmiş SSRİ-yə bənzər sosialist modelinə yaxınlaşdıra bilər.


“Mən ailəmlə birlikdə 1979-cu ildə sosializmdən qaçmışam və onun Sovet İttifaqında necə dağıdıcı və boğucu cəmiyyət yaratdığını bilirəm. Kaliforniyanın da eyni yola düşməsini istəmirəm”, - deyə Sergey Brin bildirib.
Təklif olunan vergi Kaliforniyada aktivləri 1,1 milyard dollardan çox olan sakinlərə şamil edilməlidir.
Təşəbbüsün tərəfdarları bildirirlər ki, bu addım səhiyyə sahəsində federal maliyyələşmənin azalmasını kompensasiya etmək üçün vacibdir. Planlaşdırılan vəsaitin təxminən 90 faizinin ictimai səhiyyə proqramlarına yönəldilməsi nəzərdə tutulur.
 

Əleyhdarlar isə hesab edirlər ki, belə vergi varlı vergi ödəyicilərinin ştatı kütləvi şəkildə tərk etməsinə səbəb ola bilər. Kaliforniya qubernatoru Gevin Nyusom da təşəbbüsə qarşı çıxanlar sırasındadır.


The New York Times yazır ki, bir sıra tanınmış milyarderlər artıq Kaliforniyanı tərk etməyə başlayıblar.
Google-un digər həmtəsisçisi Larri Peyc Kaliforniyada 45-dən çox şirkəti köçürüb və ya bağlayıb, həmçinin Mayamidə malikanə alıb.
Sergey Brin də 15 şirkəti bağlayıb və ya başqa ştatlara köçürüb. Onun Florida və Nevadada daşınmaz əmlak aldığı bildirilir.
Meta-nın rəhbəri Mark Zukerberqin də ştatı tərk etdiyi qeyd olunur. İnvestor Piter Til biznesini və yaşayış yerini Kaliforniyadan köçürən ilk böyük sahibkarlardan biri olub və daha sonra vergi təşəbbüsünə qarşı kampaniyaya 3 milyon dollar ianə verib.
Maqnat Don Henki bu vergini “absurd” adlandıraraq ştatdan gedib. Uber-in keçmiş rəhbəri Trevis Kalanik də köçdüyünü təsdiqləyib.
DoorDash-ın həmtəsisçisi Endi Fan isə Kaliforniyanı tərk etməyi planlaşdırdığını açıqlayıb və təşəbbüsü “axmaq” adlandırıb.
Oracle-un qurucusu Larri Ellison isə Pacific Heights rayonundakı malikanəsini 45 milyon dollara satıb. Bununla belə, həmin ev onun əsas yaşayış yeri olmayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Aprel 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri