Icma.az
close
up
RU
Google Xəritələr ə mövcud olmayan yer əlavə edildi: Xaos və potensial təhlükələr

Google Xəritələr ə mövcud olmayan yer əlavə edildi: Xaos və potensial təhlükələr

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Google Xəritələr" istifadəçilərə dünyanın hər yerini rahatlıqla tapmaq imkanı verən ən populyar naviqasiya tətbiqlərindən biridir. Lakin Uels çölündə istifadəçilərin xəyali mağzaya yönləndirilməsi ilə yaranan xaos bu tətbiqin ciddi problemlərə yol aça biləcəyini ortaya qoyub.

Qaynarinfo xəbər verir ki, zarafat etmək istəyən şəxslərin əlavə etdiyi və mövcud olmayan bu "mağaza" istifadəçiləri boş bir əraziyə yönləndirib, nəticədə çoxsaylı problemlər yaşanıb. Mütəxəssislər isə bu cür səhv məlumatların daha ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Yanlış məlumatların səbəb olduğu problemlər

Uelsdə Kiffillioq kəndi yaxınlığında baş verən bu hadisə zamanı "Google Xəritələr"də olmayan bir mağaza əlavə olunub. Bu yalan yer istifadəçiləri 10 kilometrlərlə uzaqda yerləşən boş bir əraziyə yönləndirib. Bölgə sakinlərinin sözlərinə görə, itkin düşənlər yolları dar olduğu üçün hərəkət edə bilməyən böyük nəqliyyat vasitələri, hətta çatdırılma maşınlarının gecikməsi kimi hallar müşahidə olunub.

Bir bölgə sakini yaşananları belə təsvir edib:

"Qapılarımızı döyüb bu mağazanın harada olduğunu soruşan insanlar var. Hətta böyük nəqliyyat vasitələri dar yollarda sıxışıb qalıb. Ən diqqətçəkən hadisə isə saxta mağazaya məhsul aparmağa çalışan süd tankeri ilə bağlı idi. O, orada saatlarla gecikdi".

"Google Xəritələr"də bu cür hallar necə baş verir?

"Google Xəritələr"də bir yer əlavə etmək kifayət qədər asandır. İstifadəçilər tətbiqi açıb bir ad və ya ünvan yazır, əgər yer mövcud deyilsə, "yer əlavə et" seçimini istifadə edərək həmin ərazini xəritəyə əlavə edə bilirlər. Bu xüsusiyyət xüsusilə kiçik bizneslər üçün faydalı olsa da, pis niyyətlə istifadə edildikdə xaosa və ciddi problemlərə səbəb ola bilər.

Bu hadisə baş verəndən sonra "Google Xəritələr"dəki saxta yer silinib. "Google" nümayəndəsi açıqlamasında belə deyib: "Məlumat yeniləndi və "Google Xəritələr"də yayımlandı".

Daha böyük təhlükələr: Saxtakarlıq və həyat riskləri

Mütəxəssislərin fikrincə, bu cür yanlış məlumatlar daha ciddi problemlərə yol aça bilər. Mərmərə Universiteti Ünsiyyət Fakültəsinin professoru, bilişim texnologiyaları üzrə mütəxəssis Prof. Dr. Ali Murat Kırık bu vəziyyətin mümkün təhlükələrini belə izah edir:

"Yanlış məlumatlar, naviqasiya tətbiqlərinə güvənən insanları ciddi problemlərlə üz-üzə qoya bilər. Məsələn, təcili vəziyyətlərdə səhv istiqamətləndirmə insanların təhlükəli yerlərə getməsinə, itkin düşməsinə və ya gecikməsinə səbəb ola bilər. Təcili yardım, yanğınsöndürən və ya polis qruplarının səhv yerlərə yönləndirilməsi isə ciddi can itkilərinə gətirib çıxara bilər".

Kırık əlavə edir ki, bu cür yanlış məlumatlar dolandırıcılıq üçün də istifadə oluna bilər:

"Saxta yerlər əlavə etməklə insanlar olmayan mağaza və ya xidmətlərə yönləndirilə bilər. Bu cür hallarda istifadəçilər həmin yerdə pul ödəyə və ya şəxsi məlumatlarını bölüşə bilərlər. Bu, dolandırıcılar üçün gəlir mənbəyinə çevrilə bilər. Bundan əlavə, zərərli proqramların yüklənməsinə təşviq edən saxta təkliflər də yaradıla bilər".

Təhlükəsizliyə qarşı tədbirlər: "Google" və alternativlər nə etməli?

Prof. Dr. Ali Murat Kırık bildirir ki, "Google" kimi böyük platformaların istifadəçi əlavə etdiyi məlumatları daha ciddi şəkildə yoxlaması lazımdır. O, əlavə edir:

"Google" məlumatların doğruluğunu yoxlamaq üçün daha güclü nəzarət mexanizmləri tətbiq etməlidir. İstifadəçilərdən kimlik təsdiqi tələb edilməli və məlumatların düzgünlüyü yoxlanmalıdır. Bundan əlavə, süni intellekt və maşın öyrənmə texnologiyalarından istifadə edərək saxta yerləri aşkar etmək mümkündür. İstifadəçilərin şikayətlərinə daha tez reaksiya verilməsi və səhv məlumatların sürətli şəkildə düzəldilməsi də vacibdir".

Bu problem yalnız "Google Xəritələr"lə məhdudlaşmır. "Yandex Maps", "Apple Maps", "Here Maps" kimi digər naviqasiya platformalarında da istifadəçi əlavələri səhvlərə səbəb ola bilər. Lakin bu platformalar da istifadəçi təhlükəsizliyini artırmaq üçün sistemlərini təkmilləşdirməyə davam edir.

Nəticə

"Google Xəritələr"də baş verən bu hadisə rəqəmsal platformaların etibarlılığının necə təhlükə altına düşə biləcəyini göstərir. Hər nə qədər bu cür hadisələr şaka kimi görünsə də, ciddi nəticələrə səbəb ola bilər. Təxirəsalınmaz tədbirlər görülməsə, yanlış məlumatlar insan həyatını təhdid edə bilər və dolandırıcılığın yeni formalarına zəmin yarada bilər. Buna görə də, həm platformaların, həm də istifadəçilərin daha diqqətli olması zəruridir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri