Gör kim ilk addımı atdı! Türkiyənin qapısını döydülər: Müharibədə yeni bir mərhələ
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın İranla diplomatik əlaqələri artırmaq üçün Türkiyədən vasitəçilik etməsini istədiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, Vaşinqton administrasiyasının ABŞ vitse-prezidenti JD Vance ilə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf arasında görüş təşkil etməyə çalışdığı bildirilir.
"Al Monitor"dan Ezgi Akının verdiyi məlumata görə, Türkiyə mənbəsi ABŞ-ın Vance və Kalibaf arasında görüş təklif etdiyini təsdiqləyib. Mənbə bildirib ki, bu əlaqələrin Türkiyə də daxil olmaqla, vasitəçi ölkələr vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
İran tərəfinin hələlik bu təklifə rəsmi cavab vermədiyi bildirilib.
Digər tərəfdən, vasitəçi ölkələrin bu həftə İslamabadda yüksək vəzifəli ABŞ və İran rəsmiləri arasında görüş təşkil etmək üçün əlaqələrini davam etdirdiyi iddia edilir. Amerikanın "Axios" qəzeti Pakistan, Türkiyə və Misirin prosesdə vasitəçilik rolunu oynaya biləcəyini yazıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Mart 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















