Goranboyda bacısının qızılını oğurlayan qardaş TUTULDU
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Goranboyda qardaş bacısını qarət edib.
Modern.az-ın xəbərinə görə, hadisə Goranboy şəhəri ərazisində baş verib.
24 yaşlı Akif Əmiraslanov (şərti adla) bacısına məxsus 5.1 qram çəkidə 647 manatlıq qızıl boyunbağını oğurlayıb. Bu əməlinə görə o saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı əvvəllər ailəli olub boşanıb. Hazırda özü, anası, bacısı və bacısının azyaşlı uşağı ilə birgə şəhər ərazisindəki binalardan birində kirayədə qalırlar. Bəzi borcları və krediti olduğu üçün bacısının qızılını oğurlayıb. Zinət əşyasını lombarda 630 manata satıb. Həmin pulun bir hissəsini telefon kreditinə və tanışına olan borca ödəyib. Bir hissəsini də Gəncə şəhərində restoranda xərcləyib. Evə qayıdanda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sözlərinə görə, hazırda bacısı ilə barışıblar və dəyən ziyanı ödəyib. Zərərçəkən qadın da həmçinin təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə Akif Əmiraslanov 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İlyas Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Oktyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















