Icma.az
close
up
RU
Goranboyda diş texniki həkim kimi işlədilir?

Goranboyda diş texniki həkim kimi işlədilir?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araşdırılma aparılan zaman "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin (Xəstəxana) Stomatologiya bölməsinin diş texniki vəzifəsində çalışan Sərdərov Ağayar Məcid oğlunun əmək müqaviləsinə hər hansı bir dəyişikliyin olunmadığı və onun öz vəzifə üzrə əmək fuksiyalarını icra etdiyi müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə görə, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir:

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən başqa işə keçirilməyə yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin məcəllənin 46-cı maddəsinin altıncı hissəsinə əsasən elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir, yeddinci maddənin ikinci hissəsinə əsasən əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

Qeyd olunanlar nəzərə alınmaqla, A.Sərdarovun diş həkimi vəzifəsinə keçirilməyi ilə bağlı Xəstəxana tərəfindən verilmiş əmrin hüquqi qüvvəsinin olmadığını nəzərinizə çatdırırıq".

TƏBİB-dən qeyd edilib ki, həkim-stomatoloq həkim, diş həkimi və diş texniki isə orta tibb ixtisası hesab olunur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarında diş həkimi vəzifəsinin tutulma şərtlərində diş həkimi işləri ixtisası üzrə orta ixtisas təhsili tələbinin olduğu qeyd olunub.

Aləmdə Nəsib

12:52

Sosial şəbəkədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin Stomatologiya bölməsində diş texniki vəzifəsində çalışan Ağalar Sərdərovun diş həkimi vəzifəsinə keçirilməsi ilə bağlı əmrin görüntüsü yayılıb. Sözügedən dəyişiklik ictimai müzakirələrə səbəb olub və bəzi istifadəçilər bu təyinatın hüquqi əsasının olmadığını bildiriblər.

Məsələ ilə bağlı Goranboy Rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsinin əməkdaşı İlqar Hüseynov oxu.az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin 3 iyun 2015-ci il tarixli, 42 nömrəli əmrinə əsasən, bu təyinat qeyri-qanuni hesab olunmur:

"Həmin əmrə əsasən, diş texniki ixtisasını bitirən şəxslər diş həkimi vəzifəsində işləyə bilərlər. Burada əsas fərq ondan ibarətdir ki, həkim-stomatoloq və diş həkiminin öhdəlikləri fərqlidir. Məsələ ilə bağlı araşdırma aparılır və yaxın zamanda rəsmi açıqlama veriləcək".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlansaq da, hələlik cavab almaq mümkün olmayıb.

Xatırladaq ki, əmri imzalayan Arzu Teymurov Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimidir və işdən çıxarılan direktor Rauf Ruzvay oğlu Yahyayevi müvəqqəti olaraq əvəz edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri