Goranboyda həmyerlisini döyərək öldürən şəxsə hökm oxundu
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Goranboy Rayon Məhkəməsində etiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Mübariz Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim sonuncu keçirilən prosesdə hökm oxuyub.
Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. M.Həsənov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, 2023-cü il oktyabrın 30-da Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub. Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənovla şəxsi münasibətlər zəminində mübahisə edib və dalaşıb.
Mübariz Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xocalı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Baxış sayı:85
Bu xəbər 11 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















