Goranboyda iki qadın dəm qazından zəhərləndi
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Goranboyda iki qadın dəm qazından zəhərlənib.
"Cebheinfo.az" "Unikal"a istinadən xəbər verir ki, hadisə Qaraçinar kəndində baş verib. 2004-cü il təvəllüdlü Ayşən Rəşid qızı Elyasova və 2000-ci il təvəllüdlü Gülşən Abdulla qızı Bağırova yaşadıqları evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüblər.
Doğmalarının köməyi ilə hər iki qadın təcili xəstəxanaya çatdırılıb. Görülən zəruri tibbi yardım sayəsində zəhərlənən qadınların durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:112
Bu xəbər 07 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















