Icma.az
close
up
RU
Goranboyda iki uşaq anasını gənc sevgilisi bıçaqladı

Goranboyda iki uşaq anasını gənc sevgilisi bıçaqladı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboy rayonunda 1998-ci il təvəllüdlü Vidadi qeyri-rəsmi münasibətdə olduğu Nəzakətə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 28-də baş verib. Gədəbəy rayon sakini Vidadi həmin gün saat 22 radələrində müvəqqəti yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nəzakətin digər şəxsə olan borc pulu verməməsi səbəbindən günorta saatlarından başlamış və evə gəldikdən sonra davam etmiş mübahisə zamanı qapını bağlayaraq onun evdən çıxmasına mane olub. O, bıçaqla Nəzakətə yetkinlik yaşına çatmayan övladlarının gözləri qarşısında zərbələr vurub. 
Hadisəni törədən Vidadinin barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-ci (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs qeyri-rəsmi arvadı olub: “Nəzakətə qəsdən zərər vermək istəməmişəm. Hadisə vaxtı həyətdə ev yiyəsi Valeh və bir neçə nəfər adam olub. Evdən bıçağı götürərək Nəzakətin üzərinə getmişəm. Özümdə olmadan ona bir neçə dəfə bıçaqla zərbə vurmuşəm. Bıçağın hansı nahiyyəsinə dəydiyini bilməmişəm. Hadisədən sonra oradan getmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Nəzakətə qəsdən xəsarət yetirməyib, hadisə ehtiyatsızlıqdan olub: “Əvvəlki mübahisəmizin təsirindən özümdə olmamışam. Nəzakət həyətə çıxdı və həyətdə olanların arxasına qaçdıqda bir anlıq özümdə olmadan ona bıçaq zərbəsi vurmuşam. Əlavə heç bir hərəkət etməmişəm”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nəzakətlə münasibəti iş yerində yaranın və hadisədən 5-6 ay əvvəldən birlikdə yaşayıblar: “Nəzakətlə ailədaxili problemlərim olub. Münaqişə gedişatında ona əl-qolla heçnə etməmişəm. Nəzakətin uşaqları da bizimlə birlikdə yaşamışıq. Hadisə vaxtı Nəzakət həyətə çıxanda uşaqları çölə çıxarıb-çıxarmamasını bilməmişəm. Həyətdə ev yiyəsi və başqa şəxslər olub. Ev sahibi ilə heç bir problemim olmayıb. Evin vaxtı-vaxtında pulunu vermişəm. Nəzakətə bıçaq zərbəsi vurandan sonra yıxılması ya ayaq üstə olması yadımda deyil. Hadisədən sonra uzaqlaşmışam, heçnədən xəbərim olmayıb”. 
İş üzrə zərərçəkmiş Nəzakətin sözlərinə görə, Gəncə şəhərində yaşayıb və Vidadi ilə münasibətdə olub: “Aramızda münaqişələr yarandığından Vidadidən şikayət etmişəm və ondan uzaqlaşmaq üçün Gəncədən çıxaraq yaşadığım Goranboy rayonuna getmişəm. Sonra Vidadi əl çəkmədi, məni daha incitməyəcəyinə and içdi. Ona inandım. Hadisə günü isə Vidadi ilə aramızda pulla bağlı problem olub. Keçmiş həyat yoldaşım uşaqların atası aliment verib. Vidadi isə hər şeyi bilib. Ondan gizlin heç nəyim olmayıb. Ancaq keçmiş yoldaşımın verdiyi aliment məndə olmayıb, pulları anam saxlayıb. Vidadi məndən  günorta işdə olarkən telefonla zəng edərək pul istədi, kiməsə borcu olduğunu, ona verməli olduğunu dedi. Vidadiyə aliment pullarını verməyin mümkünsüz olduğunu, həmin pula uşaqlarına ev alacağımı, pulların uşaqların haqqı olduğunu dedim. Axşam evə gəldikdən sonra yenə məni qıcıqlandırmağa başladı, səs-küylü mübahisə yarandı. Ev yiyəsi Valeh səsi eşidərək bizə evdən çıxmağı dedi”. 
Zərərçəkmiş qeyd edib ki, Vidadiyə ondan ayrılacağını, hər şeyin bitdiyini deyib: “Vidadi qapını içəridən bağlayaraq evdən bıçağı götürdü. Özünü öldürəcəyini dedi. Həmin vaxt uşaqlar evdə olub. Ev yiyəsi Vidadinin əlində bıçağın olduğunu pəncərədən gördü. Evin pəncərəsi aşağıda olduğu üçün çöldən hər şey aşkar görünüb. O, əlindəki bıçaqla küçəyə çıxdı. Küçədə qonşular olub. onların arxasında gizləndim. Vidadiyəı getməsini, yaxşı olmayacağını desəm də, qızımın canına and içərək mənə yaxınlaşdı. Heç nə etməyəcəyini desə də, yaxınlaşanda belindən bıçağı çıxartdığını gördüm. Həmin vaxt uşaqları da yanımda olub. Vidadi bıçaqla bir neçə dəfə mənə tərəf zərbə atdı. Sağ tərəfimdən xəsarət aldım. Bıçaqla vurandan dərhal sonra hadisə yerindən uzaqlaşdı”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vidadiyə  7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 131-ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib. 
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri