Goranboyda maşın atla toqquşduqdan sonra su kanalına düşdü
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Goranboyda minik maşını atla toqquşduqdan sonra yoldan çıxaraq su kanalına düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub. Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə yerinə çağrılan Təcili Tibbi Yardım briqadası sürücüyə tibbi yardım göstərib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov

Goranboyda maşın atla toqquşduqdan sonra su kanalına düşdü (FOTOLAR)
10 Dekabr 2024 11:16
Goranboyda maşın atla toqquşdu Sürücü...
10 Dekabr 2024 10:30
Goranboyda maşın atla toqquşdu: Sürücü xəsarət aldı
10 Dekabr 2024 11:01
Goranboyda maşın atla toqquşdu Sürücü xəsarət aldı
10 Dekabr 2024 10:23
Goranboyda atı vuran maşın kanala DÜŞDÜ
10 Dekabr 2024 11:04

