Goranboyda şəhid ailələri ilə birgə od çərşənbəsi qeyd edildi FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, Qızılhacılı qəsəbəsində “Od çərşənbəsi” bayram tədbiri keçirildi.
"Unikal" xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İcra Başçısı, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi, can sağlığı, bol ruzi və əmin-amanlıq arzuladı. Rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi, çərşənbə tonqalı qalandı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Mart 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















