Goranboyda yuxusuz sürücü qəza törətdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboy rayonu, Goran qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial mediada paylaşılıb.
Qəza zamanı dondurmadaşıyan yük avtomobili yolayrıcı dəmir arakəsmələrə çırpılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü yorğun və yuxusuz olduğu üçün idarəetməni itirib və qəza baş verib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
"İyunun 4-ü 04:03-də Kənan Mərdan oğlu Nağıyevin idarə etdiyi "Mercedes" markalı, 10-JV-359 dövlət nömrə nişanlı yük avtomobilinin yolayrıcı dəmirləyə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















