Icma.az
close
up
RU
Goranboydakı faciənin pərdəarxası: Milyonda bir ehtimal...

Goranboydakı faciənin pərdəarxası: Milyonda bir ehtimal...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Peyvənddən sonra körpənin vəfat etməsi cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq doğurur. Valideynlər üçün bu, son dərəcə həssas və ağrılı mövzudur. Bununla belə, tibbi baxımdan məsələyə emosiyadan kənar, elmi və faktlara əsaslanan yanaşmaq vacibdir”.
Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında bildirib. O deyib ki, ümumilikdə peyvəndlər pediatriyada ən təhlükəsiz və ən effektiv profilaktik tibbi müdaxilələrdən biri hesab olunur:
“Dünyada hər il milyonlarla körpəyə peyvənd vurulur və ağır fəsadlar, xüsusilə ölüm halları son dərəcə nadir rast gəlinən istisna hallardır. Bu tip hadisələr adətən dərhal peyvənd səbəbindən ölüm kimi qiymətləndirilmir və yalnız geniş tibbi ekspertizadan sonra səbəb müəyyən edilir. Peyvənddən sonra baş verə bilən ən ağır, lakin çox nadir fəsadlardan biri anafilaktik şokdur. Bu, immun sisteminin peyvəndin tərkibində olan hər hansı maddəyə qarşı kəskin allergik reaksiyası nəticəsində yaranır. Anafilaktik şok adətən peyvənddən sonra ilk dəqiqələr və ya ilk yarım saat ərzində inkişaf edir və vaxtında tibbi müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər. Lakin qeyd edilməlidir ki, bu cür ağır allergik reaksiyaların baş vermə ehtimalı statistik olaraq milyonda bir və ya ondan da aşağıdır”.
O bildirib ki, riskləri minimuma endirmək üçün peyvənddən əvvəl pediatr tərəfindən mütləq şəkildə ilkin tibbi qiymətləndirmə aparılmalıdır:
“Buraya körpənin ümumi klinik vəziyyətinin yoxlanılması, bədən temperaturunun ölçülməsi, əvvəlki peyvəndlərə reaksiyaların sorğulanması, allergik anamnezin və ailə tarixinin öyrənilməsi daxildir. Uşaqda yüksək hərarət, kəskin infeksiya və ya ağır ümumi vəziyyət müşahidə olunarsa, peyvənd müvəqqəti olaraq təxirə salınmalıdır. Peyvənddən sonra körpə ən azı 15-30 dəqiqə tibb işçilərinin nəzarətində saxlanmalıdır. Bu müddət mümkün ağır reaksiyaların erkən aşkarlanması və dərhal müdaxilə üçün həyati əhəmiyyət daşıyır. Peyvəndlərin yaratdığı risklər yoluxucu xəstəliklərin fəsadları ilə müqayisədə qat-qat aşağıdır. Peyvəndlər minlərlə körpəni ağır xəstəliklərdən, əlillikdən və ölümdən qoruyur”.
Xatırladaq ki, Goranboyda peyvənd vurulan körpə ölüb. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri