Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Gördüm ki, mənim nömrəmlə özünə “Whatsapp” açıb

Gördüm ki, mənim nömrəmlə özünə “Whatsapp” açıb

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Kürdəmir rayonunda 43 yaşlı kişi qeyri-rəsmi münasibətdə olan qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir şəhəri, Bakı prospektində baş verib. 1993-cü il təvəllüdlü Elnur həmin ünvanda tanışı Gülarə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyyələrindən əli ilə bir neçə dəfə zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
İş üzrə izahat verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğul olur:
“2018-ci ildən Gülarə ilə qeyri-rəsmi nikahda yaşamışam. Lakin 2025-ci il aprel ayından ondan ayrılmışam Həmin vaxtdan Gülarə ilə aramızda bir neçə dəfə münaqişələr olub. Sonuncu dəfə həmin ilin iyunun 18-də, saat 18 radələrində taksi fəaliyyəti ilə məşğul olduğum özümə məxsus “Vaz 21074” markalı avtomobili Kürdəmir şəhəri Bakı prospektində yerləşən marketdən bir qədər aralıda saxladıqdan təxminən 20 dəqiqə sonra Gülarə mənə yaxınlaşdı, adıma olan və əvvəllər istifadə etdiyi mobil nömrəni ona verməyimi istədi. Gülarəyə həmin mobil nömrəni qırdığımı bildirdim. Bu zaman aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Gülarə onun yaxasından yapışaraq gözündə olan gün eynəyini əliylə yerə atıb: “Bundan sonra Gülarə avtomobilin qapısının tutaraq dartdı. Onun biləklərindən tutaraq kənara itələdim. Lakin Gülarə yenidən avtomobilə tərəf gedərək zədə yetirmək istədi. Gülarəni kənarlaşdırmaq üçün ona bir neçə dəfə sağ əlimlə qəsdən vurdum. Bu zaman ətrafda toplaşan şəxslər Gülarəni və məni sakitləşdirərək aralaşdırdılar. Həmin vaxt o, ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən özümə məxsus avtomobilə əyləşərək oradan uzaqlaşdım”. 
İş üzrə zərərçəkmiş Gülarənin sözlərinə görə, 2018-ci ildən Elnur ilə qeyri-rəsmi nikahda yaşayıb, lakin 2025-ci il aprel ayından onunla ayrılıb:
“Həmin vaxtdan Elnurla  aramızda bir neçə dəfə münaqişələr oldu. Sonuncu dəfə iyunun 18-də, saat 18 radələrində Elnurun mənim adıma olan mobil nömrədən “Whatsapp” mobil tətbiqində hesab açaraq istifadə etdiyini gördüm. Bu səbəbdən Elnuru Kürdəmir şəhəri, Bakı prospektində “dördyol” dairəsi adlanan ərazidə özünə məxsus avtomobildə əyləşməsini gördüm. Ona yaxınlaşaraq nömrəmi geri verməsini tələb etdim. Elnur ünvanıma nalayiq ifadələr işlədərək getməyimi tələb etdi. Təhqir etdiyi üçün onun dizinin üzərində olan gün eynəyini götürdüm və qıraraq yerə atdım. Bundan sonra Elnur avtomobildən düşərək saçımdan tutdu və baş nahiyyəmə bir neçə dəfə yumruqla zərbələr endirdim. Həmçinin sol qolumdan tutaraq itələyərək yerə yıxdı. Buna görə qolumum da xəsarət aldım. Bu zaman ətrafda toplaşan şəxslər bizi sakitləşdirdi, Elnuru məndən aralaşdırdılar”. 
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Elnur 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Kürdəmir rayonunun kəndində yerləşən evini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Kürdəmir rayon ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri