Icma.az
close
up
RU
“Gördüm ki, qadını şəkillərimizi çəkir...” Toyda baş verən davanın təfərrüatı

“Gördüm ki, qadını şəkillərimizi çəkir...” Toyda baş verən davanın təfərrüatı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Binəqədi rayonunda 1989-cu il təvəllüdlü Vahid mübahisə zamanı tanışı Əfsərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 25 oktyabr 2023-cü ildə, saat 23 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Millenium” şadlıq sarayında baş verib. 
Vahid orada qonaq qismində iştirak edərək, orada olan çoxsaylı şəxslərin gözləri önündə həmin toyun digər qonaq iştirakçısı olan Əfsər tərəfindən onun keçmiş həyat yoldaşı Səbinəyə məx sus mobil telefonun icazəsiz götürüldüyünü bəhanə edib və heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə şadlıq sarayının zal hissəsində onun üzərinə hücum edib. Kəllə və yumruq zərbələri ilə Əfsərin sifət nahiyəsinə vuraraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Vahidin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, avtobus sürücüsü kimi fəaliyyət göstərir: 
“Hadisənin baş verdiyi gün toya qonaqları aparmışdım. Həmçinin həmin toya həyat yoldaşım Səbinə ilə birlikdə dəvət olunmuşdum. Toy isə “Millenium” şadlıq sarayında keçirildi. Toyun sonuna doğru təxminən axşam saat 11 radələrində həyat yoldaşım mənə yaxınlaşaraq mobil telefonun yoxa çıxdığını bildirdi”.
Təqsirləndirilən şəxs bildirib ki, Əfsəri məhəllədən tanısa da, münasibətləri olmayıb: 
“Telefonun tapılmadığını görəndə bildirdim ki, şadlıq sarayanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərə baxacam və mobil telefonun kim tərəfindən götürüldüyünü müəyyən edəcəm. Elə bundan təxmini olaraq 5 dəqiqədən sonra telefonun Əfsərin qızı tərəfindən Səbinəyə  geri verildi. Bu zaman özüm çöldə siqaret çəkirdim. Məsələni mənə Səbinə danışdı.  Həmin an ani qəzəblə foyedən toy zalına daxil olaraq Əfsərə kəllə zərbəsi vurdum. Etdiyim hərəkətdən çox peşmanam. Qətiyyən toyda dava salmaq fikrində olmamışam.  Toyun axırınadək oturmağıma səbəb isə sürücü kimi ordakıları avtobusla evlərinə geri qaytarmaq olub. Sadəcə ani qəzəblə bu hərəkəti etmişəm və dərhal da zalı tərk edərək oradan uzaqlaşmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əfsərin sözlərinə görə, toy zamanı ailəsi ilə birlikdə əyləşib, Vahidin yoldaşı onların masasında əyləşsə də, Vahid başqa masada oturub: 
“Vahidin yoldaşı toyda görüntülü danışdı, video çəkiliş apardı. Bu mənim xoşuma gəlmədi. Onun telefonunu şəkilləri silmək məqsədi ilə götürdüm. Şəkilləri silmək üçün çölə çıxdım. Bu zaman telefonun kodu olduğundan onu aça bilmədim. Telefonu qızıma Vahidin yoldaşı Səbinəyə qaytarması üçün verdim. 
Qızım telefonu pilləkənin başında Səbinəyə verdim. Özüm isə zala geri qayıtdım. Bu zaman mən ofisiant ilə söhbət edən zaman Vahid zala daxil olaraq anidən kəllə zərbəsi məni vuraraq qaçdı. Mən Vahidi tapmaq üçün aşağı düşsəm də, onu tapa bilmədim. Bu zaman hirslə arxadan Səbinəyə təpik vurdum. Mənim bu hərəkətlərimdən qəzəblənən qohumu ilə də aramızda dava-dalaş oldu. Lakin sonradan barışdıq. Özüm də içkili olmuşam. Narazılığımı Səbinəyə bildirmədən telefonu götürmüşəm”. 
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid 2 il, 6 ay, 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxin üzərinə daimi yaşayış yeri olan evinin axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil  yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri