Gördüyü xəyanət yuxusuna görə arvadını bıçaqlayıb öldürdü
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Özbəkistanın Fərqanə vilayətində arvadını qətlə yetirən kişi 16 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı yazıb.
Məlumata görə, arvadının onu aldatdığını yuxuda görən ər saat 04:30-da oyanaraq qadını öldürüb. O, yatmış vəziyyətdə olan arvadına 13 bıçaq zərbəsi vurub.
Kişi xəyanətin yuxuda olduğunu başa düşəndən sonra təcili yardım çağırıb. Lakin qadını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Məhkəmə həmin şəxsi Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 97-ci maddəsi ilə qəsdən adam öldürmədə təqsirli bilib və 16 il müddətinə azadlıqdan məhrum edib.
Ağarza Elçinoğlu
Baxış sayı:50
Bu xəbər 22 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















